SOCAR: Azərbaycanda neft hasilatı hər il 7-10% azalır
"Azərbaycanda neft hasilatı hər il 7-10% azalır".
Bunu bu gün Bakıda keçirilən II Beynəlxalq "Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Ticarət və Logistika" forumunda SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.
"Bu, təbii prosesdir. Biz bunun qarşısını almağa çalışırıq. 2020-ci ildə neft hasilatının sabitləşməsini gözləyirik. Bu da əsasən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi ilə bağlı imzalanacaq yeni müqavilə ilə əlaqəli olacaq. Azərbaycanın imza atdığı neft müqavilələrinin şərtləri dəyişməyib və bu amil xarici investorlar üçün çox əlverişlidir. "Əsrin Müqaviləsi" imzalananda neftin 1 barelinin qiyməti 12 dollar, 1996-cı ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri işə salınarkən 60 dollar, "Şahdəniz" yatağı işə salınarkən isə 92 dollar idi. Qiymətlərin belə dəyişməsi xarici investorların bizim layihələrə marağını azaltmayıb", - deyə V.Bəylərbəyov bildirib.
SOCAR rəsmisi qeyd edib ki, bu günə qədər Azərbaycanın neft sektoruna 220 mlrd. dollarlıq investisiya qoyulub ki, Dövlət Neft Fondu bu layihələrdən 120 mlrd. dollar gəlir əldə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























