“Azərbaycan bu şokları minimallaşdıracaq” – ELMAN RÜSTƏMOV
“Bu gün bizim iqtisadiyyat özünü çox normal hiss edir”“İlin əvvəlində biz gözlənilmədən çox ciddi xarici şoklar ilə üz-üzə gəldik. “Covid - 2019” ilə əlaqədar olaraq iqtisadi fəaliyyətlər məhdudlaşdırıldı, ardınca neft qiymətlərinin aşağı düşməsi, OPEC+ sazişinə qoşulmağımız (sazişə əsasən Azərbaycan neft hasilatını azaldır - red) və Sentyabr ayında başlamış hərbi əməliyyatlar iqtisadiyyat üçün ciddi sınaq və ciddi şokdur”.
Marja xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Azərbaycan və Ermənistan iqtisadiyyatlarının müqayisəli təhlilinə dair AzTV-də çıxışı zamanı bildirib.
Elman Rüstəmov deyib ki, vaxtında atılmış addımlar, qlobal maliyyə böhranından sonra görülmüş işlər imkan verir ki, Azərbaycan bu şokları minimallaşdırsın:
“Bu gün bizim iqtisadiyyat özünü çox normal hiss edir. Biz tam şəkildə makroiqtisadi sabitliyi qoruyub saxlaya bilmişik. İnflyasiya 3%-dən aşağıdır. Milli valyutamız başqa ölkələrin milli valyutalarından fərqli olaraq sabitliyini qoruyub saxladı. Ümumi daxili məhsulumuzun baza sahələrində - sənaye və kənd təsərrüfatı sahələrində əhəmiyyətli artımlara nail olmuşuq. Biz makroiqtisadi sabitliyi saxlamaqla və iqtisadi resessiyanı məhdudlaşdırmaqla, iş yerlərini qorumaqla növbəti ildə iqtisadi artımı tez bir zamanda bərpa etmək və sürətləndirmək üçün yaxşı bir plastarm saxlamışıq”.
Mərkəzi Bankın sədri əlavə edib ki, işğaldan azad ediləcək ərazilərdəki təbii resursların iqtisadi dövriyyəyə qaytarılması, bərpa proqramının həyata keçirilməsi, nəhəng investisiya layihələri iqtisadi artıma yeni bir implus verəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
5 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
























