“Azercell”in sahibindən 47 milyon manata yaxın xalis mənfəət!
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC 2019-cu ili 46 milyon 842 min manat xalis mənfəətlə başa vurub.
Şirkətin maliyyə hesabatınagörə, bu, 2018-ci illə müqayisədə 71,4% və yaxud 3,5 dəfə azdır.
Ötən il “AzInTelecom”un göstərdiyi xidmətlərdən gəlirləri 461 milyon 306 min manat (illik müqayisədə 18,4% çox), xidmətlərinin maya dəyəri 248 milyon 268 min manat (8,9% çox), ümumi və inzibati xərcləri 119 milyon 858 min manat (29,3% çox), debitor borclar üzrə ayırmaları 2 milyon 344 min manat (45,9% az), maddi aktivlərinin dəyərsizləşməsi üzrə zərəri 11 milyon 582 min manat (ötən il ayırmayıb), maliyyə gəlirləri 2 milyon 913 min manat (2,6 dəfə az), maliyyə xərcləri 32 milyon 676 min (19,1% çox), xarici valyutaların mübadiləsindən gəlirləri 19 milyon 270 min manat (68,8% az), kompensasiyalardan gəlirləri 13 milyon 998 min manat (əvvəlki il ayırmayıb), digər gəlirləri 1 milyon 776 min manat (4,6 dəfə çox), digər xərcləri 1 milyon 77 min manat (22,6% az), mənfəət vergisi ödəmələri isə 36 milyon 615 min manat (4 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “AzInTelecom”un aktivləri 1 milyard 464 milyon 353 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,1% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 1,3% artaraq 710 milyon 563 min manata çatıb, balans kapitalı isə 10,4% azalaarq 753 milyon 789 min manata düşüb.
Xatırladaq ki, AzInTelecom” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 min manatdır. Şirkətin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış Data Mərkəzi nəzdində "İnfrastruktur Xidmət kimi" (IaaS) əsaslı xidmətlərdən ibarətdir.
“AzInTelecom” “Azercell Telecom” MMC-nin əsas səhmdarıdır.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)















.jpg)
