“Coca-Cola” ilə Yeni İl möcüzəsinin 100 ili tamam olur
Artıq 2020-ci ilin sonuna yaxınlaşırıq və insanlarda gündən-günə bayram əhvalı yüksəlir, hər kəs bayram planları, o cümlədən Yeni İl haqqında düşünür. Təbii ki, bu il ötən illərdən çox fərqli oldu. Amma nə qədər fərqli olsa da, Yeni İl bayramında dəyişməyən bir sıra məqamlar var ki, onlardan biri də məhz Yeni İl bayram süfrələrində Coca-Colanın olmasıdır. Bu il isə Coca-Cola özünün ənənəvi Yeni İl kampaniyasının 100 illiyini qeyd edir. Çünki 1920-cu ildə Coca-Cola ilk dəfə olaraq Yeni İl bayramına həsr edilmiş reklam kampaniyasına başlayır və bundan sonra Coca-Cola hər il Yeni İl üçün bir-birindən möhtəşəm kampaniyalar keçirirək Yeni İl möcüzəsinin gəlişini insanların yadına salır.
Coca-Cola ilə Yeni İl möcüzəsinin tarixi
Yeni ilin ayrılmaz simvolu olan qırmızı, toppuş Şaxta Baba (Qərbdə Santa Klaus) obrazının yaradılmasında “Coca-Cola” şirkətinin rolu olduğunu çoxları bilmir. XX əsrin əvvəllərində “Coca-Cola” Amerikada çox məşhur olur. İnsanlarda təravətləndirici və pozitiv hisslər yaradan Coca-Cola brendi tədricən bayram şənliklərinin ayrılmaz hissəsinə çevrilir. Bu bağlantını daha da gücləndirmək üçün Coca-Cola şirkətinin sifarişi ilə D’arcy reklam agentliyi 1920-ci ildə ilk dəfə olaraq öz reklamlarında Santa Klaus obrazını yeniləmək qərarına gəlir. O vaxtlar Santa fərqli təsvir olunurdu. 1920-ci ilə qədər o, olduqca sərt, arıq, bəzən hətta elfə bənzər şəkildə təsvir olunurdu və qırmızı paltarı yox idi.
Əsas dəyişiklik D’Arcy şirkətinin rəssam-illüstratoru Haddon Sandblomun təşəbbüsü ilə “Coca-Cola”nın Yeni İl bayramı reklamı üçün Santanın daha şən, mehriban, səmimi, bir az da toppuş və “real” görünüşdə təqdim edildi. Hamımızın bügün tanıyıb sevdiyimiz Şaxta Baba 1920-ci ildə təqdim olunan və qarşımıza gələn yeni ildə 100 illiyini qeyd edəcəyimiz Haddon Sandblomun canlandırdığı əfsanəvi Santa Klausdur.
Yeni İl qütb ayıları
1993-cü ildə isə “Coca-Cola” şirkəti Yeni İl üçün öz reklamlarında daha bir yenilik təqdim edir – qütb ayıları. Hamımızın yaxşı xatırladığımız, əlində Coca-Cola içkisi olan qütb ayıları da qısa müddətdə Yeni İl bayramının rəmzlərindən birinə çüvrilmişdir. Maraqlı nüanslardan biri də qütb ayılarının prototipinin it olması idi. Bəli, qütb ayısı obrazını Coca-Cola reklamında istifadə etməyi təklif edən illüstrator özünün Morgan adlı labradorundan ilhamlanmışdır.
Coca-Colanın Yeni İl Karvanı
“Coca-Cola”nın Yeni İlə aid növbəti atributu isə əyləncəli Yeni İl Karvanıdır. Coca-Cola məhsullarını daşıyan yük maşınları Yeni İl karvanı formatında ilk dəfə 1995-ci ildə ABŞ-da təqdim edilmişdir. Sayrışan işıqlar, heyranedici bir qış mənzərəsi ilə bəzədilmiş və unudulmaz musiqisi ilə müşayiət edilən yük maşınları məhlədən-məhləyə keçərək insanlara bayram şənliyi gətirirdi. Coca-Colanın Yeni İl Karvanı sürətlə dünyanın bir çox ölkəsində populyarlaşır və Yeni İl rəmzinə çevrilmişdir. Azərbaycanda da son bir neçə il ərzində Coca-Cola Yeni İl Karvanı ilə bölgələrə səfərə çıxaraq xalqın bayram şənliklərinə xüsusi sevinc qatırdı. Bütün bu məqamlar Yeni ilin “Coca-Cola” brendi üçün nə qədər əhəmiyyətli olduğunu bizə bir daha göstərir.
Hər il olduğu kimi bu il də “Coca-Cola” şirkəti adət-ənənələrinə uyğun olaraq qarlı dağlar aşaraq, çox ellər dolaşaraq Yeni il üçün yeni bir videoçarx gətirir. Bu il Coca-Colanın “Məktub” adlı Yeni İl reklam kampaniyasının əsas mesajı “Bu bayramın ən yaxşı hədiyyəsi birlikdə olmaqdır” şüarıdır. Əminik ki, “Məktub” adlı bu videoçarx hər kəsə Yeni İl möcüzəsi hissini bəx edəcək, hər kəsi duyğulandıracaq, birlik, həmrəylik hisslərini yenidən oyadacaq. Çünki sözügedən videoda sevdiklərimizə, əzizlərimizə olan bağlılıq, onlara verdiyimiz dəyərdən bəhs edilir. Fikrimizcə, Santa Klausun 100 illiyinə həsr edilmiş bu videoya baxdıqdan sonra hər kəs yaxınları və doğmalarını daha möhkəm sevəcək. “Coca-Cola” brendinin bu video ilə çatdırmaq istədiyi də məhz budur. Sevdiklərimiz və bizə doğma olan hər kəsi yalnız bayramlarda yox, hər an onlara sevgimizi göstərək və onları xoşbəxt edək. Qısaca, “Coca-Cola”nın hazırladığı bu sehirli video çarx yaxın günlərdə efirdə olacaq!
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
6 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 7 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var

















