“Kristal Abşeron”da 30 ilədək ödəmə ilə tam təmirli mənzillər – aylıq 282 manatdan
Azərbaycanın iri tikinti şirkətlərindən biri olan “Kristal Abşeron” şirkəti uzunmüddətli ipoteka ilə mənzillərin satışına başlayıb. Qeyd edək ki, tikinti şirkətləri arasında bu şərtlərlə mənzil almaq imkanı yalnız “Kristal Abşeron” layihələrindədir.
Şirkətdən “Marja”ya verilən məlumata görə, tələblərə cavab verən müştərilər, “Kristal Abşeron”un hazır və çıxarışlı binalarından mənzil ala bilirlər. 2017-ci ilin aprel ayında başlanan, hələlik "Günəşli", "Xırdalan", "Əcəmi 1" və "Sumqayıt" filiallarına şamil edilən bu şərtlər növbəti aylardan şirkətin digər filiallarına da şamil ediləcək. 20 faiz ilkin ödənişin olduğu ipoteka krediti 25 (adi) və 30 ilədək (sosial), illik 8 % (adi ipoteka) və 4%-lə (sosial ipoteka) manatla ayrılır.
Qeyd edək ki, təklif edilən ipoteka şərtləri bazardakı ən əlverişli şərtdir. Müddətin uzun (30 ilədək), faiz dərəcəsinin aşağı (illik 4% və 8%) olması bu ipotekanın əsas üstünlükləridir.
“Kristal Abşeron”un mənzil satışını 30 ilədək ipoteka ilə təklif etməsi, hər bir vətəndaşın büdcəsinə uyğun aylıq ödənişlərlər ilə mənzil əldə etməsinə imkan verir. Hazırda aylıq ödəniş 282 manatdan başlayır. Məsələn, Xırdalan layihəsində 1 otaqlı mənzil üçün ilkin ödəniş 9102 manat, 25 illik, aylıq ödəniş 282 manat təşkil edir.
BREND VƏ KEYFİYYƏTLİ MATERİALLAR İLƏ TƏMİR
“Kristal Abşeron” şirkətinin mənzil bazarında ən böyük üstünlüklərindən biri də mənzilin təmirli təhvil verilməsidir. Təmir tanınmış və keyfiyyətli materiallar ilə aparılır. Təmir zamanı İspaniyanın “STN” şirkətinin keramika məhsullarından (kafel-metlax), Türkiyənin “İmkacable” elektrik xəttlərindən, “E.C.A.” firmasının santexnika məhsullarından, İtaliyanın “Alberto Sassi” firmasının lift motorlarından, Almaniya markası “Hüppenin” hamam duş kabinlərindən, Macarıstan və Rusiya istehsalı palıd parket döşəmələrdən, İtaliyanın “Limonta” şirkətinin divar kağızlarından, Belarusiya istehsalı daxili otaq qapılarından istifadə olunur. “Kristal Abşeron”un tikdiyi binalar “Texnonikol” şirkətinə aid daş yunu ilə izolyasiya olunur.
“Kristal Abşeron”un binalarındakı mənzillər çıxarışla (kupça) ilə təmin edilir.
Daha ətraflı: https://www.facebook.com/KristalAbsheron/?fref=ts
Telefon: *1544
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
43 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























