Bu il bol olacaq
Bu il şaftalı bağlarında məhsul bol olacaq.
Şaftalı bağlarında növbəti dərmanlamanı və ilkin suvarma prosesini həyata keçirən xaçmazlı təsərrüfatçılar bu fikirdədirlər. Rayonda şaftalı bağları ən çox Nərəcan kəndi ərazisindədir. Burada 800 hektara yaxın meyvə bağında şaftalının 50-dən çox növü becərilir.
Bağ sahibi Qəhrəman Mövlamov bildirib ki, məhsuldarlığa təsir edəcək amillər sırasında hava şəraiti və ağaclara səpilən dərmanlar ilk sırada durur:
“Uzun illərdir şaftalı əkib-becəririk. Bağlarımızda daha məhsuldar və tələbat çox olan şaftalı növlərini artırmışıq. Demək olar, hər il bol məhsul əldə edirik. Meyvəni əsasən yerli və Rusiya bazarlarında satırıq. Məhsuldarlıq şaftalının çiçəkləmə dövründə hava şəraitinin necə keçməsindən birbaşa asılıdır. Burada keyfiyyətli dərmandan istifadə də xüsusi vurğulanmalıdır. Bəzən keyfiyyətsiz dərman ilboyu çəkdiyimiz əziyyəti puç edir”.
Rayonun Nərəcan kəndi ilə yanaşı, Çinartala, Uzunoba, Çiləgir, Alekseyevka kəndlərində də şaftalı bağları üstünlük təşkil edir. Hazırda rayonda 2 min 500 hektara yaxın şaftalı bağı var ki, bunun da 1200 hektardan çoxu barverəndir. Hər il rayon bağlarından 15 min tona yaxın şaftalı toplanır.
Çiləgir kəndindən olan təsərrüfatçı İlqar Yusifov bildirib ki, bağlarda şaftalının əsasən “Fədai” və “Zalatoy” növləri becərilir. Bundan başqa, fermerlər son illərdə geniş yayılan nektarin meyvəsinə də maraq göstərirlər. Artıq bağlarda dərmanlama və gübrələnmə işləri yekunlaşıb. İyun ayında dəriləcək məhsulun keyfiyyətli olması üçün bağlara bir neçə dəfə dərman səpiləcək.
Xaçmaz rayonunda yetişdirilən şaftalı yerli və paytaxt bazarlarında satılmaqla yanaşı, qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə də göndərilir. İyul ayından başlanılan məhsul yığımı oktyabradək davam edir.
© Azərtac
Müştərilərin xəbərləri
Dəyərli və təkrarolunmaz "Rolls-Royce Motor Cars Baku" "Bespoke" fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək - Yenilənib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb
Azərbaycanda qiymətlərin illik artım tempi sabit qalıb
Azərbaycanın xarici dövlət borcu azalıb
Ən çox oxunanlar
Dövlət büdcəsinin gəlirləri azalıb
Azərbaycanda iqtisadi artım dayanıb
Bakıda 33 dərəcə isti - İyunun 11-də gözlənilən hava şəraiti
ABŞ neftin qiyməti üzrə proqnozularını artırıb
BYD Türkiyədə qurmağı planlaşdırdığı zavod layihəsini dayandırıb
TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb



















