Dövlət Reklam Agentliyinin xalis mənfəəti azalıb
Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) 2019-ci ili 1 milyon 153 min manat xalis mənfəətlə başa vurub.
Qurumun maliyyə hesabatına görə, bu, 2018-ci ilə nisbətən 31,7% azdır.
Ötən il ADRA-nın gəlirləri 7 milyon 228 min manat (illik müqayisədə 22,9% çox), o cümlədən reklam yayımı haqlarından gəlirləri 6 milyon 820 min manat (22,5% çox), digər gəlirləri isə 408 min manat (30,8% çox) təşkil edib.
Hesabat dövründə Agentliyin xərcləri isə 6 milyon 86 min manat (1,6 dəfə çox), o cümlədən insan resursları üzrə xərcləri 4 milyon 33 min manat (1,8 dəfə çox), əsas vəsaitlər və qeyri-maddi aktivlərin amortizasiyası xərcləri 411 min manat (2,4 dəfə çox), icarə xərcləri 407 min manat (2,4 dəfə çox), ezamiyyə xərcləri 202 min manat (1,6 dəfə çox), istifadə edilmiş mal-material ehtiyyatları üzrə xərcləri 161 min manat (30,9% çox), təmir və saxlanma xərcləri 103 min manat (3,4 dəfə az), digər xərcləri isə 470 min manat (50,2% çox).
2019-cu ildə Agentlik mənfəət vergisi ödəmələrinə 11 min manat qənaət edib (2018-ci ildə vergi ödəyib).
Bu il yanvarın 1-nə ADRA-nın aktivləri 4 milyon 934 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 25% çoxdur. Ötən il Agentliyin öhdəlikləri 23,8 dəfə azalaraq 16 min manata düşüb, balans kapitalı isə 38% artaraq 4 milyon 917 min manata çatıb.
Xatırladaq ki, ADRA ölkə prezidentinin 20 iyun 2017-ci il tarixli fərmanı ilə publik hüquqi şəxs kimi yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır. Agentlik açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən qurumdur.
Marja.az Telegramda: https://t.me/marjaaz
“Report”
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 21 saat sonra
-
-
12 d. əvvəl
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
- 45 d. əvvəl
-
1 saat əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
1 saat əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















