Bakıya xüsusi təyinatlı yeni texnikalar gətirilib
Şəhər təsərrüfatı və kommunal xidmətlərin işinin daha da təkmilləşdirilməsi, bu istiqamətdə həyata keçirilən işlərin yeni səviyyəyə çatdırılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti işlər həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən verilən məlumata görə, Prezidentin ayırdığı maliyyə vəsaiti hesabına ötən il Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən kommunal təyinatlı yeni avtonəqliyyat vasitələri və mexanizmlər alınıb, bu il də bu işlər davam etdirilir.
Bu gün ölkəmizin müharibə şəraitində olmasına və koronavirus pandemiyası ilə mübarizə tədbirərinin genişləndirilməsinə baxmayaraq bu il üçün alınması nəzərdə tutulan 25 ədəd Almaniya istehsalı olan xüsusi təyinatlı avto nəqliyyat vasitəsınin 16-ı artıq Bakıya gətirılib, qalanları da ilin sonuna kimi gətiriləcəkdir.
Yeni texnikaların tətbiqi kommunal xidmətlərin mövcud avtoparkınin yeniləşməsinə və əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsinə səbəb olacaqdır. Texnika sayının artırılması şəhərin müxtəlif rayonlarında məişət tullantılarının vaxtında daşınması və şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəkdir.
Bakı Şəhər Mənzil Kommunal Təsəttüfatı Departamentinin Avtonəqliyyat qarajında təşkil olunmuş təqdimat mərasimində yeni gətirilmiş xüsusi təyinatlı avtonəqliyyat vasıtələri və mexanizmlər, onların texniki göstəriciləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, müxtəlif həcmli və təyinatlı bu texnikalar həm də Bakı şəhərində Böyük Britaniyanın Mott MacDonald şirkətinin iştirakı ilə həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin paytaxtın digər rayonlarında da tətbiq edilməsi işlərində böyük kömək olacaqdır. Yeni, müasir texnikaların tətbiqi şəhərimizin sanitar təmizlıyinin yüksəlməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına böyük təsir göstərərək Bakı şəhərinin dünyanın ən gözəl şəhərlərindən biri olmasına yardımçı olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qubada Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti keçiriləcək - TARİX
-
3 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin 2-ci mərhələsi başa çatıb
-
4 saat əvvəl
Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
-
4 saat əvvəl
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
Ən çox oxunanlar
Bakıda 2-ci “Popeyes” restoranı açılır
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Bakıda qarajların orta qiyməti martda 5 %-ə yaxın artıb






















