Əhalinin banklardakı müddətli əmanətləri bir ayda 20 milyon manat azalıb
2020-ci ilin Sentyabr ayının sonu ilə müqayisədə Oktyabr ayında fiziki şəxslərin (əhalinin) banklardakı müddətli əmanətləri (depozitləri) 20 milyon manat azalıb.
Marja Mərkəzi Bankın "Bank sektorunun icmal balansı" statistikasına istinadən xəbər verir ki, Sentyabrın sonunda müddətli əmanətlər 4 milyard 894 milyon 700 min manat ikən Oktyabr ayının sonunda 4 milyard 874 milyon 700 min manat təşkil edib.
Oktyabr ayında fiziki şəxslərin tələbli əmanətləri isə 64,7 milyon manat artaraq 2 milyard 886 milyon manata yüksəlib.
Tələbli əmanətlərin artması ilə əlaqədar olaraq Oktyabrda fiziki şəxslərin cəmi depozitləri 44,7 milyon manat artaraq 7 milyard 760 milyon 700 min manata çatıb.
Ötən ilin sonu ilə müqayisədə fiziki şəxslərin müddətli əmanətləri 784 milyon manat, cəmi əmanətlər isə 747,3 milyon manat azdır. Cari ilin 10 ərzində tələbli əmanətlər isə 36,7 milyon manat artıb.Belə ki, 31 Dekabr 2019-cu il tarixində fiziki şəxslərin cəmi depozitləri milyard 508 milyon manat, o cümlədən müddətli depozitlər 5 milyard 658 milyon 700 min manat, tələbli depozitlər 2 milyard 849 milyon 300 min manat təşkil etmişdi.
Mərkəzi Bankın “Fiziki şəxslərin əmanətlərinin strukturu” başlıqlı statistikasına görə də, 2020-ci ilin Oktyabr ayında fiziki şəxslərin müddətli əmanətləri 19,2 milyon manat azalaraq Sentyabr ayının sonundakı 4 milyard 911 milyon 800 min manatdan 4 milyard 892 milyon 600 min manata geriləyib. Oktyabrda cari hesablar isə 55,3 milyon manat artaraq 2 milyard 922 milyon 400 min manatdan 2 milyard 977 milyon 600 min manata yüksəlib. Cari hesabların artması ilə əlaqədar olaraq fiziki şəxslərin (əhalinin) cəmi əmanətləri 36,1 milyon manata artaraq Oktyabr ayının sonunda 7 milyard 870 milyon 300 min manata çatıb.
Müddətli depozitlər:
Müqavilə əsasında razılaşdırılmış müddətdə bankda yerləşdirilir və həmin müddət üçün faiz dərəcələri hesablanır. Vəsaiti vaxtından əvvəl hesabdan götürdükdə faizlərin bir hissəsini itirmək mümkündür.
Tələbli depozitlər:
Müştəri öz vəsaitini qeyri müəyyən müddətə bankda yerləşdirir və istədiyi anda bankdan çıxara bilir. Belə məbləğlərə adətən faiz hesablanmır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
19 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
























