KOBİA yanında İctimai Şuranın yeni tərkibi müəyyən olundu
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın növbəti iclası keçirilib. Onlayn iclasda növbəti iki il üçün Agentlik yanında İctimai Şuranın yeni üzvləri və sədri seçilib.
İctimai Şurada təmsil olunan sahəvi assosiasiyaların və qeyri-hökumət təşkilatlarının rəhbərlərinin iştirakı ilə təşkil olunmuş iclasda Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov KOBİA yanında İctimai Şuranın sədri seçilib. Növbəti iki ildə Agentlik yanında İctimai Şurada Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu, “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi, Azərbaycan Banklar Assosiasiyası, “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyi, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası, MÜSİAD-ın Azərbaycan şöbəsi, “Kiçik və orta biznes subyektləri və klublarının assosiasiyası” İctimai Birliyi, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası olmaqla ümumilikdə sıralarında yüzlərlə sahibkarları birləşdirən 15 sahibkarlar assosiasiyası və qeyri-hökumət təşkilatları təmsil olunacaq.
İclasda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin bütün dünyada olduğu kimi Azərbaycanda da biznes ictimaiyyəti üçün müəyyən çətinliklər yaratdığını bildirib. Qeyd olunub ki, sahibkarlar fəaliyyətlərini yeni iqtisadi reallıqlara və çağırışlara uyğunlaşdırmalıdır. 2-ci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızın zəngin iqtisadi potensialı biznes, xüsusilə də KOB-lar üçün yeni imkanlar açır və sahibkarlar bu ərazilərdə biznesin qurulmasında aktiv iştirak etməlidirlər. KOBİA yanında İctimai Şura da fəaliyyətini yeni dövrün tələblərinə və çağırışlarına uyğun qurmalıdır. Agentliyin fəaliyyətində ictimai iştirakçılığın təmin olunması, KOBİA ilə ictimaiyyət, o cümlədən biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, KOBİA-nın dəstək mexanizmlərinin sahibkarlara təqdim olunması və bu alətlərdən istifadənin təşviqi, dövlət-özəl dialoqonun müxtəlif mövzularda tədbirlərin təşkili ilə davam etdirilməsi İctimai Şuradan gözləntilər sırasındadır.
İclasda KOBİA yanında İctimai Şuranın ötən iki il ərzindəki fəaliyyətinə dair hesabat təqdim olunub, növbəti illərdə şura tərəfindən həyata keçiriləcək tədbirlər, eləcə də pandemiya ilə bağlı sahibkarların qarşılaşdıqları çətinliklər barədə müzakirələr aparılıb.
Eyni zamanda onlayn tədbirdə sahibkarlar assosiasiyalarının rəhbərləri sıralarında təmsil olunan sahibkarlıq subyektlərinin işğaldan azad olunmuş ərazilərin bərpası və yenidənqurulmasında, biznesin təşkilində iştirakda maraqlı olduqlarını diqqətə çatdırıb, bu istiqamətdə müxtəlif təkliflər səsləndiriblər.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 16 saat əvvəl
-
- 17 saat əvvəl
-
17 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























