"İqtisadi aktivliyin canlandırılması üçün əlavə vəsait ayrılacaq"
“Növbəti ildə də dövlət tərəfindən iqtisadiyyata imkan daxilində əlavə vəsait təmin ediləcək. Bunun əsas hədəfi iqtisadi aktivliyin canlandırılmasıdır”.
Bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bu məqsədlə Dövlət Neft Fondundan da dövlət büdcəsinə transfert bu ildə olduğu kimi saxlanılır: “Əsasən fiskal gəlirlərimiz faktiki olaraq cari ilin dövlət büdcəsinin dürüstləşdirilməsindən sonrakı səviyyələrdə qalıb. Bunun üçün iqtisadi fəaliyyətdə aktivliyin təmin edilməsi məqsədilə Mərkəzi Bankın sərbəst mənfəətindən bir hissə dövlət büdcəsinə transfert olunacaq. Eyni zamanda dövlət borcundan da bir hissə bu yöndə transfert olunacaq. Dövlət borclanma səviyyəsinin artırılması barədə qərar qəbul edilib. Bu, daha çox daxili bazarda dövlət istiqrazlarının yerləşdirilməsi hesabına, digər tərəfdən, beynəlxalq maliyyə qurumlarından əlavə kreditlərin cəlb edilməsi nəzərdə tutulur”.
“Hökumətin əsas amalı odur ki, iqtisadi fəallıq bərpa olunsun”
“Neft hasilatının azalması ilə əlaqədar gəlirlərimiz də azalmışdı. Hasilatın azalması labüd idi. Bu, neft bazarında qiymətlərin müəyyən səviyyədə saxlanılmasına təkan verd,- Samir Şərifov deyib.
Nazir bildirib ki, həmin dəyişikliklər həm ÜDM-ə təsir göstərdi, həm də neft gəlirləri azaldı: “2020-ci ildə pandemiya ilə əlaqədar bir çox sahədə iqtisadi fəaliyyətin məhdudlaşması mənfi təsir göstərməyə bilməzdi. Belə olan halda 2020-ci ildə mənfəət vergisi üzrə daxilolmalarda da böyük artım gözlənilmir. Hökumət tərəfindən iqtisadiyyatın canlandırılması üçün vacib tədbirlərin görülməsi nəzərdə tutulur. İqtisadi və sosial dəstək paketinin bir qismi reallaşıb, bir qisminin isə növbəti ildə də reallaşması planlaşdırılır. Hökumətin əsas amalı odur ki, iqtisadi fəallıq bərpa olunsun”.
Gələn il qeyri-neft sektoru üzrə büdcə daxilolmalarının artması gözlənilir
Samir Şərifov deyi ki, “Növbəti il üçün dövlət büdcəsinin gəlirlərinin cari illə müqayisədə 5%-dən çoxu qeyri-neft sektorunun payına düşəcək”.
Nazir bildirib ki, hökumətin əsas hədəfi qeyri-neft sektorunun inkişaf etdirilməsidir: “Neft sektorundan əldə ediləcək gəlirlər cari illə müqayisədə 4% azalacaq. 2020-ci ilin dövlət büdcəsinin ilkin təsdiq olunmuş variantında gömrük daxilolmaları üzrə 4 milyard manatın daxil olması nəzərdə tutulurdu. Növbəti ildə bu 3,9 milyard manat gözlənilir. Eyni mənzərə vergi daxilolmalarında da müşahidə edilir. Gələn ildə isə qeyri-neft sektoru üzrə daxilolmaların artması nəzərdə tutulur. Bu il dövlət vergi xidməti xətti ilə dövlət büdcəsinə proqnozlardan daha artıq məbləğdə vəsaitlərin yığılması təmin olunmaqdadır”.
APA
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
46 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




























