Azərbaycan Beynəlxalq Bankı ilk dəfə Şuşada
Şuşa şəhərində ilk dəfə olaraq Azərbaycan bankının ekvayrinq şəbəkəsi ilə nağdsız ödəniş imkanı yaradılıb.
Şuşada ilk POS terminalı Azərbaycan Beynəlxalq Bankı quraşdırıb. Bankın POS terminalı Şuşanın azadlığından sonra ilk sahibkarlıq subyekti kimi burada öz filialını açmış AzCake mağazasındadır. POS terminalın istifadəsi yalnız gələcəkdə mülki şəxslərin Şuşaya gəlişində istifadə üçün nəzərdə tutulub. Şəhərdə sahibkarlıq subyektlərinin sayı artdıqca burada Bankın POS terminallarının sayı da artırılacaq. Eyni zamanda Şuşada Bankın bir neçə ATM-i quraşdırılacaq. Yaxın aylarda Şuşa şəhərində Azərbaycan Beynəlxalq Bankının filialının da açılması planlaşdırılır.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı işğaldan azad edilmiş ərazilərimizdə xidmətə başlayan ilk bankdır. Dekabrın əvvəlindən Hadrut qəsəbəsində Bankın ilk ATM-i quraşdırılıb.
Ərazilərdə həyata keçiriləcək quruculuq proseslərinə paralel olaraq Bank azad edilmiş bütün rayonlarda öz filiallarını yaradacaq. Bu rayonlarda normal həyat bərpa olunandan sonra doğma yurdlarına dönən sakinlər ilk günlərdən Azərbaycan Beynəlxalq Bankının yerli filiallarının çeşidli məhsul və xidmətlərindən faydalana biləcəklər.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın 39 filial və 37 şöbəsindən, https://ibar.az/ internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
















.jpg)





