Coca-Cola Yeni İl bayramı ərəfəsində maraqlı sosial kampaniyalar keçirir - VİDEO, FOTO
(®️) Bu il Coca-Cola özünün ənənəvi Yeni İl kampaniyasının 100 illiyini qeyd edir, çünki 1920-cu ildə Coca-Cola ilk dəfə olaraq Yeni İl bayramına həsr edilmiş reklam kampaniyasına başlayıb. Yeni İl bayramının möhtəşəmliyi və bu əlamətdar tarixi nəzərə alaraq Coca-Cola xüsusi bir reklam çarxı təqdim edib və bir sıra maraqlı sosial aksiyalar keçirir. Amma bu sosial layihələri və hətta reklam rolikini digərlərindən fərqli edən bir xüsusiyyət vardır ki, bu da COVİD-19 pandemiyası mövzusudur. Çünki bu pandemiya insanları bir çox şeylərə fərqli yanaşmağa sövq etdi.
“Bir sifariş – Bir sevinc” layihəsi
Coca-Cola başladığı sosial aksiyalardan birini ASAN Könüllülər təşkilatı ilə həyata keçirir. Layihənin tərəfdaşı olan Wolt qida çatdırılması tətbiqində yaradılmış “Bir sifariş – Bir sevinc” bölməsində xüsusi menyudan edilən hər bir sifariş müqabilində Coca-Cola və ASAN Könülləri bir ailəyə ərzaq yardımı çatdıracaq. 2 ay müddətində davam edəcək bu kampaniya vasitəsilə 7000-dən artıq aztəminatlı ailəyə ərzaq yardımı çatdırılır. 7000 ərzaq yardımının 1500-ü isə kampaniyanın ilk günlərində Vətən Müharibəsi dövründə zərərçəkən ailələrə göndərilir. Bu layihə COVİD-19 pandemiyasının təsirinə məruz qalan aztəminatlı ailələr, həmçinin kiçik kafe və restoranlara dəstək olmaq məqsədi daşıyır. Bundan əvvəl də COVID – 19 pandemiyası dövründə Coca-Cola ASAN Könüllüləri Təşkilatı ilə birgə “Birlikdəyik” layihəsini həyata keçirib. Layihə çərçivəsində 4000-dən çox aztəminatlı ailə zəruri qida və gigiyena, 20 xəsətəxana və 1000-dən çox tibb personalı isə tibbi ləvazimatlar və antiseptik vasitələrlə təmin edilib. Cari ilin aprel ayının əvvəlində ASAN Könüllüləri Coca-Cola Azərbaycanın dəstəyi ilə ölkə ərazisində karantin rejimində çalışan xəstəxanalar üçün 120,000 su məhsulunun çatdırılmasını təşkil ediblər.
#yaxshikivarsan aksiyası
Digər maraqlı bir sosial layihə #yaxshikivarsan adlanır. Coca-Colanın facebook və instagram səhifələrində start verdiyi bu aksiya vasitəsilə şirkət hər kəsi pandemiya dövründə bizim təhlükəsizliyimiz, sağlamlığımızın qorunması üçün çalışan və gündəlik həyatımızın normal gedişatını təmin edən bir sıra peşə sahiblərinə təşəkkür etməyə dəvət edir. Qısa müddətdə geniş populyarlıq qazanan bu askiyaya onlarla blogerlər və yüzlərlə sıravi vətəndaşlar qoşulub. Hər kəs təşəkkür etmək istədiyi peşə nümayəndəsi tapıb ona minnətdarlığını bildirir və birgə şəkil çəkdirərək #yaxshikivarsan həştəqi ilə paylaşır. Onlar həkimlərə, polislərə, jurnalistlərə, sürücülərə, mağaza satıcılarına minnətdarlıqlarını bildirirlər.
#gorkimgelib aksiyası
Coca-Colanın təşəbbüsü olan digər bir sosial aksiya #gorkimgelib adlanır. Sosial mediada davam edən bu çağırış isə insanları çoxdan görmədikləri dostlar, qohumlar, qonşular və yaxınlara baş çəkərək onları yad etmək, bayramlarını təbrik etmək məqsədi daşıyır. Tanınmış blogerlərin iştirakı ilə genişlənən bu çağırış insani dəyərləri yenidən yada salır.
“Məktub” reklam çarxı
Hər il olduğu kimi bu il də “Coca-Cola” şirkəti Yeni İl üçün yeni bir videoçarx hazırlayıb. Yaranan şəraiti nəzərə alaraq bu ilin mövzusu birlik, həmrəylikdir. Coca-Colanın “Məktub” adlı Yeni İl reklam kampaniyasının əsas mesajı “Bu bayramın ən yaxşı hədiyyəsi birlikdə olmaqdır” şüarıdır. Oskar mükafatçısı olan məşhur Hollivud rejisoru Taika Vaititinin hazırladığı bu reklam rolikin çox maraqlı süjeti var.
Coca-Colanın “Məktub” reklam çarxını təqdim edirik:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
13 saat əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
1 gün əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
1 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 gün əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi





















