Rekord qiymət artımlarını öncədən bilən veteran investordan yeni proqnozlar
Hər il "sürpriz siyahısı" hazırlayan və bir il əvvəl S&P 500 indeksinin rekord "rallisini" (davamlı artım) nəzərdə tutan veteran sərmayəçi Byron Wien, S&P 500-də yeni "ralli" baş verəcəyini gözləyir.
Marja xəbər verir ki, "Blackstone"da departament rəhbəri işləyən Byron Wien-ə görə, S&P 500 indeksi 2021-ci ilin ilk yarısında təxminən 20% düşdükdən sonra 4 min 500 bəndə doğru yeni bir "ralli" edəcək.
Wien, "Blackstone"ın Baş sərmayə strateqi Joe Zidle ilə hazırladığı məlumatda, ABŞ iqtisadiyyatının artmasının 2021-ci ildə 6%-i aşacağını, bunun 10 illik istiqraz faizlərini 2%-ə yüksəldəcəyi qeyd edilib.
87 yaşındakı keçmiş "Morgan Stanley" strateqi Byron Wien bir il əvvəl S&P 500-ün rekord "rallisini" nəzərdə tutmuşdu. Ancaq 1986-dan bu yana təxminlərini ehtiva edən "Sürpriz Siyahı" yayımlayan veteran sərmayəçi, 2020-ci ildə neftin 70 dollara, ABŞ 10 illik istiqrazının faizinin 2,5%-ə yüksələcəyi kimi tutmayan təxminlər də etmişdir.
Wien-in bu ilki sürpriz siyahısında ABŞ xam neftinin 65 dollara yüksələcəyi, enerji şirkətlərinin istiqrazlarının və səhmlərinin "ralli" edəcəyi proqnozları da yer alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
9 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Ən çox oxunanlar
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb

























