Neft Fondunun büdcəsində 2,5 milyard dollar defisitin yaranması gözlənilir
Fondun 2021-ci ildə 2019-cu ildəkindən 60%-ə yaxın az gələr əldə edəcəyi gözlənilir2021-ci ildə Dövlət Neft Fondunun gəlirləri 8 milyard 1,2 milyon manat həcmində proqnozlaşdırılmışdır ki, bu da 2019-cu ilin müvafiq icra göstəricisindən 11 milyard 29,4 milyon manat və ya 58% az, 2020-ci ilin proqnozundan 168,3 milyon manat və ya 2,1 % çox, 2020-ci ilin gözlənilən icra göstəricisindən 891,1 milyon manat və ya 10,0% azdır.
Marja xəbər verir ki, bu, Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.
Rəydə qeyd edilib ki, 2021-ci il üçün Fondun büdcəsinin baza göstəricisi olan 1 barel neftin orta illik ixrac qiyməti növbəti il üçün 40 ABŞ dolları, Azərbaycan manatının ABŞ dollarına qarşı orta illik məzənnəsi dövlət büdcəsi ilə eyni səviyyəsində götürülmüşdür. Bu göstəricilərə uyğun olaraq Dövlət Neft Fondunun 2021-ci il üzrə büdcə gəlirlərinin ümumi həcmi 8 milyard 1 milyon 169 min manat və yaxud 4 milyard 706,6 milyon ABŞ dolları olması proqnozlaşdırılır ki, bu da Fondun 2020-ci il üçün təsdiq edilmiş büdcə gəlirlərinə nisbətən manat ifadəsilə 2,1% çoxdur.
2021-ci ildə Dövlət Neft Fondunun büdcə xərclərinin ümumi həcminin 12 milyard 250 milyon 435,5 min manat və yaxud 7 milyard 206,1 milyon ABŞ dolları olması proqnozlaşdırılır ki, bu da Fondun 2020-ci ilin təsdiq edilmiş büdcə xərclərinə nisbətən manat ifadəsilə 1,5% azdır. Xam neftin 40 ABŞ dolları qiyməti ilə 2021-ci ildə Fondun büdcəsində 4 milyard 249,3 milyon manat və yaxud 2 milyard 499,6 milyon ABŞ dolları həcmində defisitin yaranması gözlənilir.
2021-ci ildə Dövlət Neft Fondunun aktivlərinin 1 milyard 473,.2 milyon dollar azalacağı proqnozlaşdırılır.
2021-ci il üzrə Dövlət Neft Fondunun ABŞ dolları ifadəsilə gəlirlərinin (Fondun idarə edilməsi ilə bağlı gəlirləri istisna olmaqla) 4 milyard 259,68 milyon ABŞ dolları, xərclərinin 7 milyard 206,1 milyon ABŞ dolları, 2020-ci ilin sonuna Fondun aktivlərinin 42 milyard 577,2 milyon ABŞ dolları proqnozlaşdırıldığını əsas gətirərək, 2021-ci il üçün Fondun orta çəkili vəsaiti 41 milyard 104,0 milyon ABŞ dolları olması proqnozlaşdırılır.

2021-ci ildə mənfəət neftinin və qazın satışı üzrə Fondun daxilolmaları 3 milyard 787,84 milyon ABŞ dolları və ya 6 milyard 439 milyon 325,7 min manat olması proqnozlaşdırılır ki, bu da manat ifadəsilə 2019-cu ilin müvafiq icra göstəricisindən 8 milyard 175,4 milyon manat və ya 55,9% az, 2020-ci ilin proqnoz və gözlənilən icra göstəricisindən müvafiq olaraq 207,6 milyon manat və ya 3,1% və 99,3 milyon manat və ya 1,5% azdır. 2020-ci ilin proqnozuna nisbətən azalmanın səbəbi kimi hasilatın cari ilə nisbətən aşağı düşməsini qeyd etmək olar.
SOCAR tərəfindən AQTŞ-yə yaranmış borcu ilə əlaqədar Dövlət Neft Fonduna ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur ki, 2021-ci ildə bu istiqamətdə Neft Fonduna ödənişlərin ümumi həcmi (xam neftin 40 ABŞ dolları ilə) 235 milyon ABŞ dolları təşkil etməsi proqnozlaşdırılır
2021-ci ildə Fondun büdcəsinin digər gəlir maddəsini karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər tərəfindən ödəniləcək ümumilikdə 2 milyard 439 milyon ABŞ dolları və ya 4 milyon 146,3 min manat məbləğində akrhesabı ödənişlər təşkil edir.
Fondun 2021-ci il büdcəsində neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 12,9 milyon ABŞ dolları və ya 21,93 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu da manat ifadəsilə 2019-cu ilin müvafiq icra göstəricisindən 2,99 milyon manat və ya 15,8% çox, 2020-ci ilin proqnoz və ya gözlənilən icra göstəricisindən 0,85 mln. manat və ya 4,0% çoxdur. 2021-ci ildə tranzit haqqı üzrə gəlirlərin artması növbəti il üzrə boru tarifinin inflyasiya faktoru nəzərə alınmaqla artması ilə izah edilir.
2021-ci il üzrə bonus ödənişləri 456,5 milyon ABŞ dolları və ya 776,05 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da manat ifadəsilə 2019-cu ilin müvafiq icra göstəricisindən 9,70 milyon manat və ya 1,3% çox, 2020-ci ilin proqnoz və gözlənilən icra göstəricilərindən 8,3 milyon manat və ya 1,1% çoxdur.
2021-ci ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 446,9 milyon ABŞ dolları və ya 759 milyon 717,1 min manat olması proqnozlaşdırılır ki, bu da manat ifadəsilə 2019-cu ilin müvafiq icra göstəricisindən 2 milyard 866,2 milyon manat və ya 4,8 dəfə az, 2020-ci ilin proqnoz göstəricisindən 369,4 milyon manat və ya 94,6% çox, 2020-ci ilin gözlənilən icra göstəricisindən 798,3 milyon manat və ya 51,2 % azdır. 2021-ci il üçün orta illik gəlirlilik göstəricisinin 1,09% səviyyəsində olması proqnozlaşdırılır ki, bu da 2020-ci ilin proqnoz göstəricisindən (0,53% faiz) 0,56% çox, cari ilin 9 aylıq icra göstəricisindən (0.56%) isə 0.53% çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 12 saat əvvəl
-
12 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
13 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 13 saat əvvəl
-
13 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb


















