"Turizm haqqında" yeni qanun layihəsi I oxunuşda təsdiq edilib
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Turizm haqqında" yeni qanun layihəsi I oxunuşda təsdiq edilib.
Qanun layihəsini parlamentin Əmək və sosial siyasət Komitəsinin sədri Hadi Rəcəbli təqdim edib.
Komitə sədri qeyd edib ki, qanunun qəbulu ilə turizm sənayesi münasibətlərinin tənzimlənməsi üçün normativ-hüquqi baza yaradılacaq, turizmdə vahid dövlət siyasəti müəyyənləşdiriləcək, bölgələr üzrə brendləşmə yaranacaq, regionda mövcud olan tarixi mədəniyyət abidələrinin qorunması güclənəcək, yerli sakinlərin yaşayış səviyyəsinin yaxşılaşmasına imkan yaranacaq. Kiçik və orta sahibkarlığın dəstəklənməsinə imkan artacaq, bölgədə əl işləri sənətkarlığına maraq artacaq, turizmdə xidmətlərin təhlüksəsizliyi təmin olunacaq. Regionlarda turizmin mövsumiliyi aradan qaldırılacaq. İlin bütün fəsillərində bu xidmətin göstərilməsinə imkan yaranacaq. Sərhədyanı turizm inkişaf etdirələcək.
H.Rəcəblinin sözlərinə görə, bu qanun Azərbaycanda turizm sahəsində dövlət tənzimləməsi, turizmin dövlət idarəetməsi və dövlət nəzarəti, turizm ehtiyatları, turizm fəaliyyətinin təşkili, turizm sahəsində təhlükəsizlik, maliyyə mənbələrinin təsnifatı, investisiya qoyuluşu və bu sahənin inkişafının digər üsullarla stimullaşdırılması, sığorta və məlumatlandırma məsələləri ilə bağlı münasibətləri tənzimləyir.
Layihədə bildirilir ki, turizm infrastrukturu və onun subyekti turizm sahəsində fəaliyyətə yalnız onun barəsindəki məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edildikdən sonra başlayır. Nəzarət orqanı üç ayda bir dəfədən az olmayaraq Dövlət Turizm Reyestrinin aktiv bölməsindəki məlumatları rəsmi nəşrlərdə dərc edir, həmin bölmə isə müvafiq rəsmi İnternet səhifəsini daim yeniləşdirir. Turizm infrastrukturu və onun subyekti barədə məlumatın Reyestrin aktiv bölməsinə daxil edilməsi üçün uyğunluq-yoxlama komissiyası tərəfindən aparılan yoxlamanın nəticələrinə uyğun olaraq qərarın qəbul edilməsi, müraciət edən şəxsə bu qərarın bildirilməsi və həmin qərardan şikayət edilməsi qaydaları Dövlət Turizm Reyestrinin yaradılması (strukturlaşdırılması), aparılması və istifadəsi haqqında qaydalarda təsbit edilir.
Layihədə qeyd olunub ki, turizm sahəsinin inkişaf etdirilməsi məqsədi ilə turizm fondları yaradıla bilər. Turizm fondları turizm sahəsində sahibkarlılığın güzəştli şərtlərlə maliyyələşdirilməsini həyata keçirir. Hər bir turizm fondunun himayə şurası həmin fondun daxili qaydalarını, o cümlədən maliyyə vəsaitlərinin ayrılması qaydalarını qəbul edir.
Qanun layihəsində sağlamlıq turizmi, sosial turizm, ekoloji turizm, ekstremal turizm, kənd yaşıl və digər turizm növlərinin xüsusiyyətləri və təznimlənməsi qaydaları əks olunub.
Qanunda bildirilir ki, turizm sahəsində dövlət tənzimləməsi və nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bildirşlə müraciət etmiş müvafiq ailə-kəndli təsərrüfatının kənd yaşıl turizmi ilə məşğul olmaq imkanlarını və idarəetmə tələblərinə riayət edilməsini yoxlayır və həmin təsərrüfat barədə məlumatları Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edir.
Bildirək ki, qanun dərc edildiyi gündən qüvvəyə minəcək və həmin gündən "Turizm haqqında" 1999-cu il 4 iyun tarixli qanun qüvvədən düşəcək.
©Report
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 15 d. əvvəl
-
- 34 d. əvvəl
-
55 d. əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
1 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
1 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Nazir “ExxonMobil”ın meneceri ilə əməkdaşlığın inkişafını müzakirə edib
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb






















