Ekspert: “Azərbaycan regionun nəqliyyat habına çevriləcək”
Yanvarın 11-də Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada üçtərəfli görüş keçirildi və bu görüşdə regionda tamamilə yeni vəziyyətin yaranması və nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı məsələlər müzakirə edildi.
Əldə olunan razılaşmaya əsasən həm avtomobil, həm də dəmiryolu layihələrinin inkişaf etdirilməsi və həyata keçirilməsi işçi qruplarına həvalə edildi. Bu isə o deməkdir ki, yaxın zamanda nəqliyyat və kommunikasiyaların bərpası regionun yeni inkişaf mərhələsinə qədəm qoymasına təkan verəcək. Bəs nəqliyyat dəhlizinin yaradılması region ölkələrinə nə qazandıracaq?
Azərbaycan regionun nəqliyyat habına çevriləcək
İqtisadçı ekspert Elman Sadıqov “Marja”ya açıqlamasında regionda yaranan yeni vəziyyəti şərh edib. Ekspert bildirib ki, kommunikasiyaların açılması ümumilikdə regionun nəqliyyat xəritəsini yeniləyəcək:
“Birincisi, Azərbaycan alternativ nəqliyyat dəhlizi əldə etmiş olur, Naxçıvana və Türkiyəyə quru yolu - birbaşa avtomobil və dəmiryolu olacaq. Bu da Türkiyədən gələn yüklərin birbaşa Azərbaycana çatdırılması deməkdir. Ermənistan isə Rusiya,Türkiyə və İrana Azərbaycan vasitəsilə çıxış əldə edəcək. Rusiya Naxçıvan dəhlizi ilə Türkiyə, İran və Suriyaya quru yolu və dəmiryolu xətti ilə birləşə biləcək. Türkiyə üçün bu dəhlizin önəmi ondan ibarətdir ki, Azərbaycan vasitəsilə Rusiyaya, Xəzər dənizi ilə Orta Asiya və Çinə birbaşa yüklərin daşınmasını həyata keçirə biləcək. Yəni, Azərbaycan bu məsələdə regionun nəqliyyat habına çevriləcək”.
Azərbaycandan tranzit daşımaların həcmi əhəmiyyətli dərəcədə artacaq
Bundan əlavə, Azərbaycandan tranzit olaraq daşımaların həcmi əhəmiyyətli dərəcədə artacaq. E.Sadıqov deyib ki, Ermənistanın Gürcüstandan keçməklə Rusiyaya daşınan yüklərinin 50%-i dəmiryolu bərpa edildikdən sonrakı 3-4 il müddətində Azərbaycan üzərindən daşına bilər.Digər önəmli bir məsələ ondan ibarətdir ki, Rusiya ilə Türkiyə arasında ticarət əlaqələrində Azərbaycan önəmli rola malik olacaq. Belə ki, Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsinin həcmi illik 21-25 milyard dollar təşkil edir. İdxal-ixrac edilən malların 8-10 milyard dollarlıq hissəsi Azərbaycan üzərindən daşınacaq. Bu isə tranzit ölkə olaraq Azərbaycanın iqtisadi maraqlarına xidmət edəcək.
Nəqliyyat infrastrukturunun yenidən qurulması həm də Azərbaycanın ixrac potensialının artmasına və yeni bazarlara çıxış imkanlarının yaranmasına səbəb olacaq. Lakin bu potensialın valyutaya çevrilməsi ixracyönümlü məhsulların istehsalı, çeşidlərinin artırılması, bazarlara uyğunluğu və rəqabətə davamlılığından aslı olacaq.
Naxçıvanın Azərbaycanın əsas hissəsinə iqtisadi inteqrasiyası sürətlənəcək
Ekspert hesab edir ki, kommunikasiyaların bərpası və nəqliyyat dəhlizinin yaradılmasının Azərbaycan üçün ən əsas üstünlüklərindən biri Naxçıvanla birbaşa kommunikasiyaların bərpasıdır: “Naxçıvan bir sıra məsələlərdə Azərbaycandan kənarda qalmışdı. Dəhlizin açılması Naxçıvanın Azərbaycana iqtisadi cəhətdən inteqrasiyasını sürətləndirəcək, o cümlədən Naxçıvana aparılan yüklərin daşınma xərcləri aşağı düşəcək və bu sahədə bir sıra maneələr aradan qalxacaq”.
Ermənistan böyük iqtisadi nəfəslik əldə edəcək
Ekspert qeyd edib ki, yeni dəhliz Ermənistan iqtisadiyyatı üçün böyük nəfəslik olacaq. Belə ki, Ermənistan bütün regional layihələrdən özünü məhrum edib, blokadaya salmışdı. Əvvəl Ermənistandan Rusiyaya yüklər əsasən Gürcüstan üzərindən avtomobil yolları ilə daşınırdı. Bu isə bəzi hallarda daşımalarda çətinliklər ortaya çıxarırdı. Yeni nəqliyyat dəhlizi bir xətt üzərindən Ermənistana Rusiya və Türkiyəyə çıxış imkanları verəcək. Ermənistandan yüklərin dəmiryolu ilə daşınması nəqliyyatla bağlı xərcləri azaldacaq. O cümlədən, Türkiyədən Ermənistana dolayı yollarla gətirilən məhsulların birbaşa gətirilməsinə səbəb olacaq.
Ümumilikdə isə ekspert hesab edir ki,yaranan yeni fürsətlərin iqtisadi inkişafa çevrilməsi dövlətlərin yanaşmasından aslı olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 d. əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
-
-
35 d. əvvəl
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
-
46 d. əvvəl
Daha 9 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL VERGİLƏRİ ÖDƏMƏYƏCƏKLƏR
- 51 d. əvvəl
- 53 d. əvvəl
-
2 saat əvvəl
İlham Əliyev “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib
-
2 saat əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
3 saat əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
-
3 saat əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
3 saat əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi
Ən çox oxunanlar
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Tərtərdə hərbi məhsullar istehsal edəcək zavodun açılışı olub
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub






















