Zavodda çoxsaylı nöqsanlar aşkarlanıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti paytaxtın Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi 4 ünvanında yerləşən zavodda plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcudluğunu aşkarlayıb. Həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənləşdirilib.
FHN-in mətbuat xidmətindən bildiriblər ki, yoxlama zamanı müəssisənin ərazisinin, bina və tikililərin yanğına qarşı ara məsafələrinin yanar tullantılardan vaxtaşırı təmizlənmədiyi, inzibati binanın və istehsal sahəsinin normalara uyğun təxliyə çıxışları ilə təmin olunmadığı, bina və qurğuların avtomatik yanğın xəbərverici siqnalizasiya və tüstüxaricetmə qurğuları, yanğına qarşı su təchizatı sistemləri ilə təmin olunmadığı, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmadığı, qeyri-standart elektrik qızdırıcı cihazlarından və odun sobalarından istifadəyə yol verildiyi, insanların və qiymətli əşyaların köçürülməsi üçün “Təxliyə planı”nın tərtib edilmədiyi müəyyən olunub. Həmçinin obyektdə mövcud istismar müddəti başa çatmış odsöndürənlərin tərkibinin yenisi ilə əvəzlənmədiyi, obyektin tələb olunan zəruri sahələrinin ilkin yanğınsöndürmə alət və vasitələri ilə təmin olunmadığı, yanğın su hovuzunun saz vəziyyətə gətirilmədiyi, yanğın texnikasının su mənbəyinə yaxınlaşması və manevr edə bilməsi üçün normalara uyğun meydançanın təşkil edilmədiyi, yanğınların söndürülməsi üçün istifadə edilən yanğına qarşı su mənbələrinə, stasionar yanğın nərdivanlarına və yanğın inventarları saxlanılan sahələrə sərbəst yaxınlaşmaq üçün keçidlərin tutulduğu, daşınmaz əmlakın icbari sığortasının həyata keçirilmədiyi, ərazinin gecə vaxtı işıqlandırılması təmin olunmadığı aşkarlanıb.
Yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə “Yanğın təhlükəsizliyi haqqında” qanunun 25-ci maddəsinin 9-cu və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələbləri rəhbər tutularaq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktlarının aşkarlandığı Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi 4 ünvanında yerləşən zavodda rəngləmə sexində işlərin görülməsinin dayandırılması barədə qərar qəbul edilib.
Qeyd edək ki, Bakı Çinar Soyuducuları Zavodu Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi 4 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
16 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 17 saat əvvəl
-
19 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
19 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
19 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
19 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
19 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
Ən çox oxunanlar
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb






























