Azərbaycanın aparıcı süd məhsulları şirkəti müflislik həddinə düşüb
Azərbaycanın aparıcı süd məhsulları istehsalçısı – “Milk Pro” MMC 2019-cu ili 362 min manat zərərlə başa vurub.
Şirkətin maliyyə hesabatına istinadən xəbər verilir ki, bu, 2018-ci illə müqayisədə 56% çoxdur.
2019-cu ildə “Milk-Pro”nun satışdan gəlirləri 18 milyon 888 min manat (2018-ci ilə nisbətən 2,8 dəfə çox), satışının maya dəyəri 19 milyon 98 min manat (2,75 dəfə çox), inzibati xərcləri isə 151 min manat (60,6% çox) təşkil edib.
2020-ci il yanvarın 1-nə “Milk-Pro”nun aktivləri 23 milyon 322 min manat olub ki, bu da illik müqayisədə 1% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2,65% artaraq 23 milyon 421 min manata çatıb, 264 min manatlıq balans kapitalı isə 98 min manatlıq kapital çatışmazlığı ilə əvəz olunub. Kapitalın “mənfi”yə düşməsi kommersiya qurumunun müflislik həddinə düşməsindən xəbər verir.
Qeyd edək ki, "Azərbaycan İnvestisiya Şirkəti" ASC “Milk Pro” MMC-nin payçılarından biridir.


©️ Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
























.jpg)

