Ötən il Azərbaycanda 20 mindən çox iş yeri bağlanıb
2020-ci il ərzində ölkədə 20,1 min iş yeri bağlanmışdır. Bu dövrdə bağlanmış iş yerlərinin 28,1 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
Marja Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iş yerlərinin 20,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 79,6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanmışdır.
2020-ci il ərzində ölkədə 129 min yeni iş yerləri açılmışdır. Bu dövrdə yaradılmış iş yerlərinin 54,9 faizi qeyri-dövlət sektorunda açılmışdır. Yeni iş yerlərinin 69,3 faizi Bakı şəhərinin, 0,7 faizi Naxçıvan Muxtar Respublikasının, 30,0 faizi digər regionların, o cümlədən 8,4 faizi Aran, 6,6 faizi Lənkəran, 6,0 faizi Gəncə-Qazax, 2,4 faizi Abşeron, 2,0 faizi Dağlıq Şirvan, 1,5 faizi Şəki-Zaqatala, 1,5 faizi Yuxarı Qarabağ, 1,4 faizi Quba-Xaçmaz, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşmüşdür.
Yeni açılmış iş yerlərinin 6,2 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 74,8 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 18,7 faizi isə digər tədbirlər üzrə yaradılmışdır.
Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 29,0 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 22,2 faizi tikinti, 12,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi emal sənayesi, 5,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,0 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 2,9 faizi təhsil, 2,1 nəqliyyat və anbar təsərrüfatı, 10,1 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 2 d. əvvəl
-
2 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
2 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























