Maya dəyərindən 10-15 dəfə bahasına satılır - ƏKİNİ BAŞLADI
Bir neçə gündür Astara rayonunda çəltik əkininə başlanılıb. Astara hələ qədimdən ənənəvi kənd təsərrüfatı sahələrindən biri olan çəltikçiliyi ilə məşhurdur. Ətirli Astara düyüsü yüzilliklər ərzində yerli əhalinin ən qiymətli ərzaq məhsulu olub. “Sədri”, “Ənbərbu” , “Haşimi” və digər çəltik növlərindən hasil olan düyü məhsulları öz ətri, dadı və bərəkəti ilə seçilib.
Ölkəmizdə aqrar bölmədə çalışan məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi uzun müddət tənəzzül dövrünü yaşayan Astarada çəltikçiliyin inkişafı üçün geniş imkanlar yaradıb.
2015-ci ildə Astarada 65 hektar sahədə çəltik əkildiyi halda, ötən il bu rəqəm iki dəfə artırılaraq 133 hektara çatdırılıb. Cari ildə rayonda 450 hektarda, gələcəkdə isə 1000 hektarda çəltik əkini nəzərdə tutulub.
Rayonda çəltikçilik əsasən Astara şəhəri, Suparibağ, Ərçivan, Səncərədi, Pensər, Kakalos, Şiyəkəran və digər kəndlərdə inkişaf etdirilir.
Çəltikçiliyin inkişafı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin köməkliyi ilə rayona müvafiq texnika və digər avadanlıqlar gətirilir. Xüsusən çəltik toxumunun səpmə üsulu ilə əkilməsi üçün yerlərin hazırlanmasına diqqət artırılıb.
Astarada çəltikçiliyin inkişafı üçün geniş perspektivlər var. Ərazidən Astara və Pensər çayının keçməsi, Lovayın su anbarının yenidən qurulması sahələrin suvarılmasında mühüm rol oynayır.
Çəltikçilik çox gəlirli sahədir. Hər hektardan 50-60 sentner məhsul götürməklə düyü maya dəyərindən 10-15 dəfə bahasına satılır. Bazarlarda yerli düyünün qiyməti 5-7 manat arasındadır. Ekoloji cəhətdən təmiz və keyfiyyətli olduğu üçün bazarda yerli düyüyə tələbat böyükdür.
Fermer Teymur Rəcəbov çəltikçiliklə 2000-ci ildən məşğul olmağa başlayıb. Ötən il 2 hektarda çəltik əkən fermer bu il bu rəqəmi 10 hektara çatdırıb.
T.Rəcəbov deyib: “İstehsal etdiyimiz düyü məhsuluna tələbat çox olduğuna görə gələcəkdə məhsul istehsalını 2-3 dəfə artırmağı nəzərdə tutmuşuq. Artıq yerli bazardan əlavə, xarici ölkələrdən də Astara düyüsü üçün sifarişlər almışıq”.
Şiyəkəran kəndində Tələt Məmmədovun çəltik sahəsində olarkən bir sıra yeniliklərin şahidi olduq. Burada əl əməyi sərf olunmadan texnika vasitəsilə 33 hektarda səpmə üsulu ilə əkin nəzərdə tutulub.
Pensər inzibati ərazi dairəsi üzrə nümayəndə Azər Əhmədov bildirib ki, bu il nümayəndəliyin ərazisində 450 hektar sahədə əkin aparılıb. Bunlar əsasən çəltik, tərəvəz, bostan bitkiləri, kartof və paxlalı bitkilərdir. Torpaqlarımızın olduqca münbit və bərəkətli olması müxtəlif növ əkinlərin aparılmasına şərait yaradır.
Ölkə bazarlarında Astara düyüsünə tələbat yüksək olduğundan məhsul istehsalçıları çəltik əkininə daha çox üstünlük verirlər. Sevindirici haldır ki, artıq xarici ölkələrdə fəaliyyət göstərən şirkətlərdən də Astara düyüsünün sifarişçiləri var. Onlar sərfəli şərtlərlə iş adamlarına indidən müqavilələr təklif edirlər.
©Azərtac
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 39 d. əvvəl
-
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
2 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
2 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb






















