“5G” şəbəkəsinin sürət qatarında sınağı keçirilib
“Mediasat” portalının yaydığı məlumata görə, Yaponiyanın “East Japan Railway” dəmiryolu şirkəti “NTT Docomo” mobil rabitə operatoru ilə birlikdə beşinci nəsil mobil rabitə şəbəkəsində (5G) “Alfa-X” ekspress qatarının köməyi ilə siqnalın ötürülməsini sınaqdan keçirib. Nəticədə 500 Mbit/saniyə sürətində siqnalın qəbulu, 100 Mbit/saniyə sürətində ötürülməsinə nail olunub.
Qeyd olunur ki, testlər zamanı “Docomo” operatorunun infrastruktur və avadanlığı, eləcə də 360 km/saat sürətlə hərəkət edən “Alfa-X” qatarı cəlb olunub. İki baza stansiyası yolda bir-birindən 900 metr aralıda olmaqla 1-1,5 km məsafədə quraşdırılıb, kommutasiya avadanlığı isə qatarda yerləşdirilib.
Sınaqlar 4,85 QHs tezlik diapazonunda 100 MHs zolaq genişliyində aparılıb. Sınaqlar ötən ilin oktyabr-dekabrında keçirilib.
“East Japan Railway” və “Docomo” tərəfindən aparılan uğurlu testdən məlum olub ki, sistem həm yol infrastrukturunda, həm də qatarda video rejimində “4К/8К” təsvir ölçülü görüntünü dayanıqlı şəkildə ötürə bilir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
31 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























