"Dövlət şirkətləri büdcədən pul "sağırlar""
"Dövlət şirkətlərindəki idarəetmə sistemi büdcədən pulların sağılması məqsədi üçün istifadə edilir".
Marja-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi mətbuat konfransında bildirib.
Prezident deyib:
"Azərbaycan İnvestisiya Holdinqinin yaradılmasına gəldikdə, çox danışmayacam. Hamı yaxşı bilir ki, bu holdinq nə üçün yaradılıb. Mənim fərmanımda da qeyd edilib ki, dövlət şirkətlərində idarəeetmə sistemini təkmilləşdirmək üçün. Dövlət şirkətlərində idarəetmə axsayır, müasir tələblərə cavab vermir, bu idarəetmə sistemi büdcədən pulların sağılması məqsədi üçün istifadə edilir. Demək olar ki, bütün dövlət şirkətləri özü-özünü təmin edə bilmir. Bir-ikisi istisana olmaqla, hər zaman dövlət büdcəsindən dotasiyalara ehtiyacları var. O biri tərəfdən isə strateji infrastruktur, indiki vəziyyəti Qarabağın yenidən qurulmasını da nəzərə alsam dövlətin əlində qalmalıdır. Bu, birmənalıdır. Əks halda biz əraziləri bərpa edə bilməyəcəyik.
Məqsədimiz dövlət şirkətlərində korporativ idarəetməni beynəlxalq səviyyəyə çatdırmaqdır, lazım olan nəzarəti təmin etməkdir. Bunun üçün Şura yaradılıb, orada hökumətin nümayəndələri təmsil olunur, nəzarətsizlik olmasın. Dövlət şirkətləri bu gün dövlətin boynunda olan böyük yükdür. Dövlət Neft Şirkəti də, hansı ki, Azərbaycanın ən böyük vergi ödəyicisidir, o da bu yaxınlara qədər qazlaşdırma üçün dotasiya alırdı. Belə olmaz. Buna son qoymaq lazımdır, həm rəhbərliyin möhkəmləşdirilməsi baxımdan, həm də idarəetmənin təkmilləşdirilməsi baxımından. Kim yeni qaydalarala əməl etməsə, düzgün, dürüst, şəffaf işləməsə məsuliyyətə cəlb ediləcəkdir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
16 d. əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 21 d. əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı

























