SOCAR-dan əməkhaqqı açıqlaması
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) işçilərinin əmək haqqlarının azaldılması nəzərdə tutulmur.
Bu barədə şirkətdə əmək haqlarının azalması ilə bağlı yazılanlara cavab olaraq SOCAR-ın açıqlamasında qeyd olunub.
"Dövlətimizin beynəlxalq aləmə inteqrasiya prosesinə dəstək olaraq, şirkətimiz də öz fəaliyyətini beynəlxalq standartlara uyğun qurur. Artıq qlobal şirkətə çevrilən SOCAR tabeliyində olan təşkilatlarla birlikdə, hər bir sahədə olduğu kimi əməyin qiymətləndirilməsi və ödənilməsi sisteminin da günün tələblərinə cavab verməyi hədəfləyir. Artıq bir müddətdir ki, SOCAR-da əməyin təşkili və normalaşdırılması üzrə şirkətdaxili yeni normativ sənədlərin hazırlanması, mövcud sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmadan beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə layihə qrupu yaradılıb", - deyə məlumatda qeyd olunub. Bildirilib ki, layihə planına görə ilk növbədə, “Azneft” İB-nin idarəetmə aparatındakı işçilərin vəzifə standartları hazırlanıb və ötən ildən etibarən bu standartlar tətbiq edilməyə başlanıb.
"Yeni standartlara uyğun olaraq, hər bir vəzifə üzrə iş analizləri aparılıb və işçilərin faktiki tutduğu vəzifələrin beynəlxalq standartlara uyğunluq dərəcəsi müəyyən edilib. Məlumat üçün bildirək ki, işçilərə yeni standartlar üzrə yenidən əməyin ödənilmə dərəcəsi və vəzifə maaşı hesablanıb. SOCAR rəhbərliyi, əməkdaşlarının sosial rifahının, heç bir halda, aşağı düşməsini məqbul saymadığı üçün yeni vəzifə standartlarının tətbiqi nəticəsində əməyin ödənilmə dərəcəsində azalma olan hər bir əməkdaşın maaşını, müvafiq qaydada, kompensasiya edəcək. Beləliklə də, əməkdaşlarımızın yeni ştat cədvəlləri həm beynəlxalq standartlara cavab vermiş olacaq, həm də heç bir işçimiz bu prosesdən zərər görməyəcək", - SOCAR-ın açıqlamasında qeyd olunub.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz






















