2 milyard manatlıq yararsız pul tədavüldən çıxarılıb
2020-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədən 12,5 milyard manat və yaxud 492 milyon ədəd pul nişanını mədaxil edib, 13,9 milyard manatlıq və yaxud 556 milyon ədəd pul nişanını isə məxaric edib.
Bu barədə AMB-dən bildirilib.
Məlumata görə, ümumilikdə ilin əvvəlindən tədavüldə nağd pul kütləsi 13,8 % (1,4 milyard manat və yaxud 64 milyon ədəd) artaraq hesabat dövrünün sonuna 11,8 milyard manat təşkil edib.
Hesabat dövründə dövriyyədə olan milli pul nişanlarının keyfiyyətinin artırılması məqsədilə elan edilmiş “tədavüldə təmiz pul siyasəti” davam etdirilib, tədavüldən mədaxil olunmuş 8,8 milyard manat məbləğində pul nişanları avtomatlaşdırılmış sistemlərdə emal olunaraq dövriyyəyə yararlı pul nişanları təkrar tədavülə buraxılıb, 2 milyard manat yararsız pul nişanlarının isə tədavüldən çıxarılması təmin edilib.
Eləcə də AMB-də yaradılmış xidmət kassaları vasitəsilə əhalidən 5,4 milyard manat məbləğində pul nişanları dəyişdirilib. Koronavirus (COVID-19) infeksiyasının yayılması risklərinin minimallaşdırılması üçün bir sıra tədbirlər, o cümlədən dövriyyədən daxil olan pul nişanlarının AMB-nin xəzinələrində xüsusi karantin rejimində saxlanması, müddət bitdikdən sonra onların avtomatlaşmış sistemlərdə emal edilməsi və təkrar tədavülə yüksək keyfiyyətli pulların buraxılması kimi tədbirlər görülüb.
Azərbaycanda saxta pul nişanlarının sayı 30 % azalıb
2020-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 628 ədəd (29 523 manat) saxta pul nişanı aşkarlayaraq tədavüldən çıxarıb və hüquq mühafizə orqanlarına təqdim edib ki, bu da 2019-cu illə müqayisədə 30 % azdır.
Məlumata görə, ötən il üzrə tədavüldə olan hər 425 000 ədəd kağız pul nişanına 1 ədəd saxta pul nişanı düşüb ki, bu da beynəlxalq təcrübə ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır (Avrozonada hər 59 min ədədə - 1 ədəd, Rusiya üzrə hər 143 min ədədə - 1 ədəd). Saxtakarlığa qarşı mübarizə çərçivəsində AMB-nin istifadəyə verdiyi “Saxta Pul nişanlarının Monitorinqi Sistemi” vasitəsilə bu sistemə inteqrasiya olunmuş hüquq mühafizə orqanları ilə operativ informasiya mübadiləsi təmin edilib.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
2 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
3 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
3 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
20 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Ən çox oxunanlar
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!

























