Böhran kahinindən dollar proqnozu
2008-də ABŞ-dan başlayan qlobal böhranı iki il əvvəl təxmin edən və buna görə "böhran kahini" adlandırılan Nouriel Roubini, ABŞ xəzinə istiqrazları faizindəki yüksəlişin bazarları qarışdıra biləcəyini və "Archegos Capital" kimi bir çox hedc fondu ya da aktivləri idarə edən şirkətin çöküşünə səbəb ola biləcəyini vurğulayıb, dolların orta müddətdə ABŞ iqtisadiyyatındakı əkiz kəsirin (büdcə kəsiri və cari kəsir) artması ilə əlaqədar olaraq zəifləyəcəyini deyib.Tanınmış ABŞ-lı iqtisadçı, Nyu York Universitetinin professoru Nouriel Roubini, ABŞ xəzinə istiqrazları faizindəki yüksəlişin bazarları qarışdıra biləcəyini və "Archegos Capital" kimi bir çox hedc fondu ya da aktivləri idarə edən şirkətin çöküşünə səbəb ola biləcəyini hesab edir.
Marja xəbər verir ki, ABŞ hökumətinə məsləhətçilik edən Roubini, aşağı ya da mənfi faiz dərəcələrinin və maliyyə təşviqlərinin, inkişaf etmiş ölkələrdə sərmayəçilərin həddindən artıq risk götürmələrinə səbəb olduğunu bildirib.
Roubini, bazarların səhlənkarlığını göstərən qiymət qazanc nisbətinin 1929 və 2000-ci illərdəki səviyyələrə çatdığını da vurğulayıb.
Roubini, risk iştahındakı artım ilə əlaqədar bildirib ki, bir çox sərmayəçi kredit çiyni dəstəyi ilə böyük risk götürüb, "şarlar" yaranıb və bəziləri partlaya bilər.
10 illik ABŞ istiqrazı faizinin bu il 2%-i keçməsilə şokun reallaşa biləcəyini qeyd edən Roubini, inflyasiyanın yenidən yüksəlməsi və ABŞ-Çin arasındakı isti döyüşə dair işarələrin ortaya çıxmasının da digər risk ünsürlərini yaratdığını söyləyib.
Roubiniyə görə, dollar orta müddətdə ABŞ iqtisadiyyatındakı əkiz kəsirin artması ilə əlaqədar olaraq zəifləyəcək və ABŞ-ın Rusiya, Çin, Şimali Koreya kimi ölkələrə sanksiyalarının da bu ölkələrin dollardan uzaqlaşmalarına səbəb olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)






.jpg)






