Bakı Limanında yeni terminallar tikiləcək
Bakı Limanının Baş direktoru Taleh Ziyadov Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə onlayn görüşüb.
Marja "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə istinadən xəbər verir ki, ətrafında 140-dan çox alman şirkətini birləşdirən Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzvlərinin diqqətinə çatdırılıb ki, 2020-ci il Azərbaycanın müstəqillik tarixində ən yadda qalan il oldu və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz düşmənə dağıdıcı zərbə endirdi və işğala son qoyub.
T.Ziyadov bildirib ki, Azərbaycanın qələbəsini təsdiq edən 11 noyabr razılaşması regionda kommunikasiya xətlərinin açılışını da ehtiva edir. Bu isə həmçinin Azərbaycanın Avropa ilə Asiya arasında vacib nəqliyyat və logistika mərkəzinə çevrilməsini labüd edir.
Baş direktor 2020-ci ilin yekunlarına toxunaraq bildirib ki, COVID-19 pandemiyasına baxmayaraq, Bakı Limanının ticarət dövriyyəsi 20 % artıb. Həmin ildə aşırılan iri həcmli nəqliyyat vasitələrinin (TIR) və konteynerlərin sayı isə son 30 ilin rekord səviyyəsində olub. Hesabat dövründə TIR-ın sayı keçən ilin müvafiq dövrünə nisbətən 28 % artaraq 43 218 ədəd olub. Aşırılan konteynerlərin sayında isə 15 % artım qeydə alınıb və TEU ekvivalentində 40 345 konteynerə çatıb. Quru yük terminalında aşırılan yüklərin həcmi isə 2,8 dəfə artaraq 711,7 min ton təşkil edib. Beləliklə, son 5 ilin göstəriciləri ilə müqayisədə TIR-ın aşırılmasında 5 dəfə, konteynerlərdə 3 dəfə, quru yük terminalında aşırılan yüklərin həcmində isə 3,5 dəfə artım qeydə alınıb.
Qeyd olunub ki, Türkmənistandan mineral tərkibli məhsulların (karbamid və gübrə) ixracatının artması, Qazaxıstanın isə böyük taxıl ixracının olmasını nəzərə alaraq mineral məhsullar və taxıl terminallarının inşası planlaşdırılır. Bildirilib ki, Bakı Limanı Avropalı tərəfdaşları ilə əməkdaşlığı dərinləşdirir, Avropa İttifaqı ilə insan kapitalının gücləndirilməsi, ATƏT ilə isə rəqəmsallaşma və yaşıl liman mövzusunda layihələr icra olunur. 2019-cu ildə Bakı Limanı Xəzərin ilk “Yaşıl Liman” statusu qazanıb və Avropada belə status almış 26 limandan biri olub.
Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, 15 yanvar 2021-ci ildə Bakı Limanı Avropanın ikinci ən böyük limanı olan Antverp Limanının “APEC Liman Təlim Mərkəzi” ilə Anlaşma Memorandumu imzalayıb. Memoranduma əsasən Bakı Limanının əməkdaşları, Azərbaycanın logistika sahəsində fəaliyyət göstərən şirkət nümayəndələri və ya ümumiyyətlə nəqliyyat, ticarət və logistika sahəsində çalışmaq istəyən şəxslər, 5 gün ərzində Antverp və Şimal Dəniz Limanı, ərazinin beynəlxalq logistika mərkəzi və gömrük xidmətinin fəaliyyəti ilə tanış ola biləcəklər. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən Alman şirkətləri, Bakı Limanının reallaşdırdığı ikinci təlim proqramından da faydalana biləcəklər. Almaniya ilə sərhəddə, Niderlandın ən vacib logistika mərkəzlərindən sayılan Venlo şəhəri ətrafında baş tutacaq 4 aylıq təlim Fontis Tətbiqi Elmlər Universitetində və Qilde İnstitutunun peşə təhsili mərkəzi ilə birgə təşkil olunacaq və beynəlxalq logistika, dünya liman sənayesi, anbarların idarə edilməsi, liman əməliyyatları və gömrük prosedurları kimi sahələri əhatə edəcəkdir.
Görüşün sonunda Baş direktor Taleh Ziyadov, həmçinin Bakı Limanının yaxın 2 illik inkişaf strategiyası, Asiya və Avropanın aparıcı logistika qovşaqları və daşınma şirkətləri ilə əldə olunan razılaşmalar, regionun nəqliyyat sahəsindəki yeniliklər barədə də auditoriyaya məlumat verib.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
6 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
7 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
7 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
7 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib


















.jpg)







