Təbii tərkibli sabun istehsalı ilə məşğul olan ailə təsərrüfatı
Müxtəlif dəri xəstəlikləri, saç tökülməsi, dərinin təravətinin qorunması və sair səbəblər üçün istifadə edilən bu sabunlarda kimyəvi qoxu ekstraktları da istifadə olunmur.Bu gün yeni yaranan ailə təsərrüfatları içərisində ənənəvi olmayan fəaliyyət sahələri ilə məşğul olanlar da vardır. Bu isə daxili iqtisadiyyatda şaxələnmənin təmini üçün çox vacibdir. Belə ailə təsərrüfatlarından biri də ötən il Şahbuz rayonunun Badamlı qəsəbəsində fəaliyyətə başlamış və əsasən, müxtəlif bitkilərin yağlarının çıxarılması, təbii tərkibli sabun istehsalı ilə məşğul olan ailə təsərrüfatıdır.
Təsərrüfat sahibi Vüsal Salahovla söhbətimizdə bu işin incəliklərini, onu bu sahəyə gətirən marağın nə olduğunu öyrənməyə çalışdıq. Müsahibimiz bildirdi ki, artıq 20 ildən çoxdur ki, qardaş Türkiyə Respublikasında bu sahə üzrə çalışıb. Sağlam həyat tərzinin təbliği, eyni zamanda müxtəlif xəstəliklərin müalicəsi sahəsində fəaliyyət göstərən tanınmış firmada uzun müddət çalışması ona işi dərindən öyrədib. Daha doğrusu, öyrənmək üçün özü səy göstərib. Müxtəlif bitki yağlarının qəbulu, onlardan məlhəm kimi istifadə olunması onu bu işə çox həvəsləndirib. Həmçinin bitki tərkibli təbii sabunların məişətdə geniş istifadəsi həmsöhbətimizə bu sahənin geniş istehlakçı kütləsinə malik olduğunu hiss etdirib. Türkiyə və bir çox dünya ölkələrində təbii tərkibli məhsulların istehsalının hər il daha da genişləndiyini deyən Vüsal Salahov bu işi Naxçıvanda da görməyə həvəslənib. Beləliklə, ötən ilin yayında yaşadığı Badamlı qəsəbəsində özünün ailə təsərrüfatını qurub. Onun dediklərindən:
– Maraq və təcrübəm məni bu işi görməyə sövq edib. Çünki maraq olmadan gördüyün işdən həzz ala bilməzsən, sənə yorucu gələr. Təcrübə isə yol veriləcək səhvlərin qarşısını alır. Naxçıvanda bu işi görməyimizin əsas səbəbi odur ki, qoy bizim sakinlər də insan sağlamlığında böyük rol oynayan bu məhsullardan istifadə etmək imkanına malik olsunlar. Nəzərə alaq ki, bu gün bir çox ölkələrdə işbazlar bu sahəni nəzarətdə saxlayırlar. Nəticədə, istehlakçılar çox zaman tərkibi bəlli olmayan, aldadıcı təsir yaradan məhsulları almaq məcburiyyətində qalırlar. Bu isə sonda bütöv bir xalqın sağlamlığını sual altında qoyur. Konkret fəaliyyətə gəldikdə isə onu deyə bilərəm ki, əsasən, müxtəlif bitki toxumlarının (quru meyvələrin) yağlarının çıxarılması ilə məşğuluq. Bunun üçün müvafiq avadanlığımız da var. Çörəkotu, Hindistan cəvizi, balqabaq toxumu, badam, fındıq və sairdən yağları bu avadanlıq vasitəsilə alırıq və ən əsası yağalma prosesi soyuq sıxma üsulu ilə aparıldığından əldə olunan yağların tərkibi təbii qalır. Həmçinin müxtəlif doşab çeşidləri, xüsusilə keçibuynuzu doşabı ən çox satdığımız məhsullardandır, yaxın gələcəkdə üzüm doşabının istehsalına da başlayacağıq.
Vüsal Salahovdan təbii sabunların hazırlanma prosesi haqqında məlumat verməyini də xahiş edirik. Bildirir ki, hazırda təsərrüfatda tərkibi müxtəlif təbii yağlardan təşkil olunmuş çox çeşiddə sabunlar hazırlayırıq. Sabunlar da, həmçinin soyuq sıxma (yəni yüksək temperatura məruz qalmadan) üsulu ilə hazırlanır. Tərkibi müxtəlif təbii bitki yağlarından təşkil olunmuş sabunlar həmin yağların sodium-karbonat məhlulu ilə birləşməsindən dondurularaq əldə olunur. Qəlib istifadə olunmadan alınan tərkib kəsmə yolu ilə parçalara bölünür və buna görə də sabunların kənarı və ya üz hissələri hamar olmaya bilər. Sonra isə kəsilmiş hissələr kağız qablaşdırılmaya cəlb olunur. Müxtəlif dəri xəstəlikləri, saç tökülməsi, dərinin təravətinin qorunması və sair səbəblər üçün istifadə edilən bu sabunlarda kimyəvi qoxu ekstraktları da istifadə olunmur. Buna görə də həmin sabunlar sənaye üsulu ilə hazırlanmış sabunlardan fərqli olaraq qoxulu olmurlar və öz təbii qoxuları da qısa müddətdə çəkilib gedir. Dediklərimiz rəngləndirici ekstraktlara da aiddir.
Söhbət zamanı onu da öyrəndik ki, Vüsal Salahov yeni sifariş etdiyi digər bir avadanlığın yolunu gözləyir. Hazırda istifadə etdiyi avadanlıq bitki toxumlarının, sadəcə, yağını çıxarırsa, yenisində həm əzmə, həm də yağçıxarma funksiyaları var. Bu da təsərrüfat sahibinə gələcəkdə badam əzməsi, fındıq əzməsi kimi məhsulların əldə olunmasına, onlardan müxtəlif qarışıqların (məsələn, bal ilə) hazırlanmasına imkan verəcək ki, bu da onların həm müalicə məqsədli, həm də bir qida kimi (səhər yeməyində) istifadəsinə imkan verəcək.
Həmsöhbətimiz bu işə başlayandan aidiyyəti dövlət qurumlarının ona göstərdiyi dəstəyi də dilə gətirir və məhsulların hazırlanması, onların marketinq qaydalarına uyğun pərakəndə satış məntəqələrində satışının təşkilinə görə minnətdarlığını bildirir. Gələcək planları haqqında isə onu deyir ki, daha çox növ və çeşiddə məhsul istehsal etmək, istehsalı artırmaq, yerli məhsulların ixracına dəstək olmaq qarşıda duran vəzifələrdəndir. Biz də, öz növbəmizdə, ona işlərində uğurlar arzulayıb, satış mərkəzlərində bu ailə təsərrüfatının daha yeni məhsullarını görmək ümidi ilə oradan ayrılırıq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
-
11 saat əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
12 saat əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
-
1 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 gün əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
1 gün əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Son Xəbərlər
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Ən çox oxunanlar
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!























