Martda ABŞ büdcəsində 660 milyard dollar kəsir yaranıb
ABŞ Maliyyə Nazirliyi Mart ayına dair büdcə məlumatlarını açıqlayıb.
Marja xəbər verir ki, 1 Oktyabr 2020-də başlayan və 30 Sentyabr 2021-də sona çatacaq 2021-ci maliyyə ilinin Mart ayında federal hökumətin büdcə kəsiri 660 milyard dollar təşkil edib.
Bazar proqnozu büdcə kəsirinin 658 milyard dollar olacağı istiqamətində idi. Büdcədə keçən ilin eyni ayında 119 milyard dollar kəsir yaranmışdı.
Bu dövrdə büdcə xərcləri keçən ilin eyni ayı ilə müqayisədə 160,6% artaraq 927,2 milyard dollara yüksəlib, büdcə gəlirləri 13% artımla 267,6 milyard dollar təşkil edib.
Büdcə kəsirinin Mart ayında artmasına, yeni növ koronavirus (Kovid-19) ilə mübarizə üçün həyata keçirilən 1,9 trilyon dollarlıq iqtisadi dəstək paketi daxilində edilən 339 milyard dollarlıq birbaşa kömək ödəmələri səbəb olub.
Ölkədə, 2021-ci maliyyə ilinin altıncı ayı ərzində cəmi büdcə kəsiri isə keçən ilin eyni dövrü ilə müqayisədə 129,5% artaraq 1,7 trilyon dollar təşkil edib. Büdcə kəsiri keçən ilin eyni dövründə 743,5 milyard dollar səviyyəsində reallaşmışdı.
Maliyyə ilinin ilk 6 ayındakı büdcə xərcləri keçən ilin eyni dövrü ilə müqayisədə 45,3% artaraq 3,4 trilyon dollara yüksəlib, büdcə gəlirləri 6,3% artımla 1,7 trilyon dollar olub.
ABŞ-ın büdcə kəsiri 2020-ci maliyyə ilində Kovid-19 epidemiyasının təsirilə 3,1 trilyon dollarla rekord səviyyəyə çatmışdı.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 2 saat sonra
-
8 d. əvvəl
Mərkəzi Bank 3 şirkətin (elektron pul təşkilatı) lisenziyalarını ləğv etdi
- 30 d. əvvəl
-
38 d. əvvəl
Honda-da tarixi sarsıntı: 69 ildən sonra ilk dəfə illik zərər açıqlayıb
-
1 saat əvvəl
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
- 1 saat əvvəl
-
2 saat əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Faktorinq şirkəti 14%-lə borca pul axtarır
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
Ən çox oxunanlar
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Azərbaycan neftinin son qiyməti
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"







.jpg)














.jpg)


