ABŞ banklarından fantastik artım
3 bankdan bir rübə rekord qazanc – 26 milyard dollar...Bank of America, CitiGroup və Wells Fargo ilə birlikdə dörd ən nəhəng Amerikan bankından və ABŞ iqtisadiyyatının lokomotivlərindən biri, 21 il öncə qurulmasına baxmayaraq, hazırda qlobal investisiya holdinqlərinin siyahısında birinci olan JP Morgan Chase və onu bu siyahıda ikinci yerlə izləyən digər maliyyə nəhəngi, 152 illik tarixə malik qocaman Goldman Sachs dünən cari ilin birinci rübünün yekunlarına dair göstəriciləri açıqlayıblar. Marja xəbər verir ki, iki bank 2021-ci ilin birinci rübünü toplam 21 milyard dollar mənfəətlə başa vurublar.
JP Morgan Chase ümumi daxilolmaların ötən ilin müvafiq dövrü ilə müqayisədə 400%, investisiya bankçılığındakı gəlirlərin 57%, kapital bazarlarından daxil olan vəsaitlərin 47%, ümumi treydinq gəlirlərinin 37% artdığını (10,1 milyard dollara çatıb), xalis mənfəətinin isə 5 dəfə artaraq, ötən ilin birinci rübündə 2,9 milyard dollar, yaxud bir səhmə görə 78 sentlə müqayisədə 2021-ci ilin ilk 3 ayında 14,3 milyard dollara (bir səhmə görə 4,50 dollara) qədər yüksəldiyini bildirib. Bank həmçinin 2021-ci ilin ilk 3 ayında koronavirus səbəbindən ödənilməyən problemli kreditlərlə əlaqədar öz ehtiyat fondlarından 5 milyard dollar xərcləyib.
Qlobal maliyyə və investisiya bazarları üzrə müxtəlif xarakterli statistik məlumatlar və proqnozlar təqdim edən Refinitiv şirkətinin bildirdiyinə görə, hesabat dövrü ərzində investisiya bankçılığı fəaliyyətlərindən 2,9 milyard dollar gəlir əldə edən JP Morgan digər rəqibi Morgan Stanleyi də ötərək, qlobal Birləşmə və Satınalma (M&A) sövdələşmələrində ikinci ən böyük məsləhətçi bank olaraq yerini möhkəmlədib. Birinci yeri yenə də Goldman Sachs tutur.
JP Morganın əzəli rəqiblərindən biri olan Goldman Sachs isə listinq, IPO, Birləşmə və Satınalma (M&A) sövdələşmələrində göstərdiyi anderrayter, investisiya məsləhətçisi və digər bənzər xidmətlərə görə gəlirlərini 73% artıraraq, 3,77 milyard dollara çatdırıb. Səhm ticarətindən birinci rübdə 68% daha çox, yaxud 3,69 milyard dollar qazanan Goldman Sachs toplam gəlirlərini ikiqat yüksəldərək, 17,7 milyard dollara çatdırıb. Bankın xalis mənfəəti isə 6,84 milyard dollar təşkil edib.
Dörd Amerika nəhəngindən digəri – Wells Fargo cari ilin birinci rübünü 4,7 milyard dollar xalis mənfəətlə başa vurduğunu açıqlayıb. CitiGroup-un isə bugün 2021-ci ilin ilk 3 ayının göstəriciləri barədə ətraflı təqdimat edəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
26 d. əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
47 d. əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
1 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























