Azərbaycanın bank sektorunun mövcud durumuna qiymət verildi - DOLLARLAŞMA...
"Fitch" Azərbaycanın bank sektorunu qiymətləndirib"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunun mövcud durumunu qiymətləndirib.
"Fitch" Azərbaycanın bank sektorunun nisbətən zəifolduğunu və bunun agentliyin ölkənin bank sisteminin "b" səviyyəsində qiymətləndirməsində öz əksini tapdığını qeyd edir.
Buna baxmayaraq, agentliyinin analitiklərison illərdə sektorda kredit əsaslarında bir irəliləyişin olduğu və aprel ayında əməliyyat mühiti üzrə proqnozun"mənfi"dən "stabil"ə yüksəldilməsi haqqında məlumat verib.
"Fitch"ə görə, cari ilin I rübündə cəmi depozit bazasının dollarlaşması 2019-cu ilin sonunda qeydə alınan 61%-dən 55%-ə ensə də,"BB+" səviyyəsində qiymətləndirilən ölkələrə xas olan 26%-lik səviyyədən (median göstərici) uzaq qalır. Bundan əlavə, bank sektorunun ümumi dollarlaşmasının yüksək qaldığı bildirilir.
"Sektor "Tier 1" göstəricinin 22% olmaqla, yaxşı kapitallaşıb və problemli kreditlərin nisbəti 2019-cu ilin sonundakı 8,3%-dən I rübün sonuna 6,2%-ə enib. Dövlətin dəstəyi azaldığı müddətdə dəyərsizləşmədən əvvəl mənfəətin aktivlərin keyfiyyətinə göstərilən təzyiqi absorbsiya edəcəyini gözləyirik", - deyə agentliyin analitikləri bildirib.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
8 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
8 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
10 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI























