Unibank biznes sahibləri üçün daha bir onlayn xidmət təqdim edir
(®️) Unibank biznes sahiblərinə elə öz işlərinin başında xidmət etmək üçün onlayn məhsul və xidmətlərini genişləndirməkdə davam edir.
Bankın biznes müştərilərinin artıq kart sifarişi üçün də banka gəlmələrinə ehtiyac qalmadı. Yeni “Biznes kartın onlayn sifarişi” xidməti sayəsində Unibank müştərisi olan sahibkarlar bank filiallarına gəlmədən, növbələrdə gözləmədən, Biznes karta sahib ola biləcəklər.
Biznes kartın onlayn sifarişinin üstünlükləri:
- Biznes sahibi kart sifarişi üçün banka gəlmir
- İstənilən yerdən İnternet bankinqə daxil olaraq Biznes kart sifariş edir
- Kart sahibi hazır kartı götürmək üçün də banka gəlmir, kart kuryerlə şəxsin ünvanına göndərilir.
Unibank müştərisi olmayan sahibkarlar da onlayn müraciətlə Biznes kart sifariş edə bilərlər. Bunun üçün onlar əvvəlcə “Unibank”da Onlayn hesab açmalıdırlar. Bu zaman avtomatik olaraq İnternet Banking və Mobile Banking xidmətlərinə qoşulan sahibkar, Biznes kartı onlayn sifariş edə bilər.
“Unibank”ın Biznes kart məhsulu kart hesabına 24/7 onlayn daxil olmaq, əməliyyatlar aparmaq, pul köçürmək, dünyanın istənilən yerindən pul vəsaitini almaq imkanı qazandırır.
Məhsul və xidmətlərdə rəqəmsallaşmanı əsas götürən Unibank, hazırda biznes sahiblərinə çoxsaylı onlayn bank məhsul və xidmətləri təklif edir. Banka gəlmədən onlayn hesab açmaq, tranş kredit xəttindən onlayn istifadə etmək, onlayn formada İB və MB-yə qoşulmaq, onlayn overdraft kreditlərindən faydalanmaq, onlayn əmək haqqı layhəsinə qoşulmaq biznes sahiblərinə istədikləri yerdə və istədikləri vaxt keyfiyyətli onlayn bank xidməti ilə təmin olunmaq imkanı yaradır.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından (http://www.unibank.az/az/corporate-clients) əldə etmək olar.
Unibank-Biznesinizə daimi dəstək!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
8 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
8 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
10 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI




















