“Embafinans”ın faiz gəlirləri artıb – MALİYYƏ VƏZİYYƏTİ
Bank Olmayan Kredit Təşkilatı “Embafinans” QSC Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun 2020-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, 2020-ci ilin ölkə üçün çox çətin il olduğuna baxmayaraq, BOKT “Embafinans” QSC ili uğurlu göstəricilər ilə başa vurub. Maliyyə hesabatlarına “PraysvoterhausKupers Audit Azərbaycan” şirkəti (PwC Azerbaijan) rəy verib.
Pandemiya ilə əlaqədar sərt karantin tədbirlərinin həyata keçirildiyi 2020-ci ildə Bank Olmayan Kredit Təşkilatı “Embafinans” QSC-nin faiz gəlirləri artıb.
2019-cu illə müqayisədə 2020-ci ildə BOKT “Embafinans” QSC-nin cəmi faiz gəlirləri 169 min 181 manat artaraq 10 milyon 88 min 437 manat təşkil edib. 2019-cu ildə təşkilatın cəmi faiz gəlirləri 9 milyon 919 min 256 manat olmuşdur.
“Embafinans” 2020-ci ili 2 milyon 829 min manat xalis mənfəət ilə başa vurub. 2019-cu ildə təşkilatın xalis mənfəəti 3 milyon 251 min manat təşkil etmişdir.
31 Dekabr 2020-ci il tarixində “Embafinans” 34 milyon 428 min manat cəmi aktivlərə malik olub, o cümlədən cəmi aktivlərin 27 milyon 409 min 101 manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2019-cu ilin sonunda təşkilatın cəmi aktivləri 42 milyon 82 min 796 manat, o cümlədən müştərilərə verilmiş kreditlər 34 milyon 988 min 897 manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 d. əvvəl
- 4 d. əvvəl
- 5 d. əvvəl
- 8 d. əvvəl
- 9 d. əvvəl
- 12 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Ən çox oxunanlar
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır






.jpg)








.jpg)





