Nokia Mercedes-in sahibini “başa salıb”
Daimler korporasiyası qocaman texnologiya nəhəngi ilə dil tapa bilib.Almaniyanın ikinci, dünyanın altıncı ən iri avtomobil istehsalçısı, Mercedes-Benz kimi lüks brendlərin sahibi Daimler Korporasiyası bir zamanların məşhur mobil telefon istehsalçısı, Finlandiyanın transmilli telekommunikasiya, İT və elektronika şirkəti Nokia ilə 2 ildir davam edən “texnologiya müharibəsi”nə son qoyub.
Marja xəbər verir ki, tərəflər ötən ildən davam edən məhkəmə çəkişməsini bitirərək, məsələni öz aralarında həll etmək qərarına gəlib.
Xatırladaq ki, ötən il Daimler Nokianın avtomobillərin naviqasiya və əyləncə sistemlərini internetə qoşan və yarım-avtonom idarəetmə funksiyalarını dəstəkləyən 3G və 4G lisenziyalarını almaqdan imtina etmiş, Nokianın bu lisenziyaları bəzi tədarükçülərə pulsuz verməli olduğu iddiası ilə Almaniya məhkəmələrinə müraciət etmişdi.
Nokia isə əks-iddia ərizəsində Daimlerə ədalətli qiymət təklif etdiyini və innovasiyalara xərclədiyi milyardlarla vəsaiti geri tələb etmək hüququnun olduğunu bildirmişdi. Daimlerin ziyanına cərəyan edən məhkəmə prosesi hətta iri avtomobil istehsalçısı üçün Nokia texnologiyalarına bağlı olan modellərin istehsalını dayandırmaq və iri həcmli təzminat ödəmək təhlükəsi yaratmışdı.
Nəhayət, Daimler prosesin onun xeyrinə bitməyəcəyini anlayaraq, Nokia ilə razılığa gəlməyin daha məqsədəuyğun olmasına qərar verib. “Bu razılaşma bir daha bizim patent portfelimizin keyfiyyətini, Nokianın avtomobil sənayesi üzrə tədqiqata töhfəsini və lisenziya proqramı üçün yeni inkişaf imkanlarını təsdiqləyir.” - Nokia Technologies-in prezidenti Jeni Lukander bildirib.
Daimler isə bircə cümləlik açıqlamasında bəyan edib: “Biz iqtisadi nöqteyi-nəzərdən və uzun sürən məhkəmə çəkişməsindən yorulduğumuz üçün məsələnin həllini dəstəkləyirik.” Tərəflərin heç biri razılaşmanın maliyyə detallarını açıqlamayıb.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
- 29 d. əvvəl
-
38 d. əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
51 d. əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
53 d. əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 56 d. əvvəl
- 8 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
13 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Ən çox oxunanlar
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
























