Yelo Bank daha bir bankiri öz heyətinə cəlb edib
Korporativ idarəetmə strukturunu təkmilləşdirməyə davam edən Yelo Bank daha bir tanınmış bankiri öz heyətinə cəlb edib.
Bankın yaydığı məlumata görə, zəngin beynəlxalq bank təcrübəsinə malik və Azərbaycan daxil dünyanın bir çox ölkəsində çalışmış Britaniya vətəndaşı Endryu Pospielovski, Bankın Səhmdarlarının Ümumi Yığıncağı tərəfindən Müşahidə Şurasının üzvü kimi təsdiqlənərək Yelo komandasına qoşulub.
Məlumatda qeyd edilib ki, 15 ildən artıq müddətdə Bank və maliyyə institutlarının idarəetmə sahəsində təcrübəyə malik olan Pospileovski Müşahidə Şurası, İdarə Heyəti kimi ali idarəetmə orqanlarının üzvü və rəhbəri olub. Maliyyə institutları ilə işdə çox böyük təcrübəyə malik olan Endryu bəy Audit və Risk Komitələrinin üzvü olmaqla yanaşı iri məbləğlərdə kreditlərin verilməsində, həmçinin strateji qərarların qəbulunda birbaşa iştirak edib.
Bu təyinatla cənab Pospielovski Yelo Bankın Müşahidə Şurasına daxil olan üçüncü üzv olub. Xatırladaq ki, Bankın Müşahidə Şurasına Marina Kulişova sədrlik edir, Nikoloz Yenukidze isə digər üzvdür.
Yelo Bankın İdarə Heyətinin Sədri Anar Həsənov təyinatı şərh edib: “Sevindirici haldır ki, yenilənmiş strategiyamız və ambisiyalı hədəflərlə başladığımız yeni dövrdə Endryu kimi əsl peşəkar bizimlə birlikdə olacaq. Əminəm ki, öz təcrübəsi ilə cənab Paspilovski qısa və uzunmüddətli hədəflərimizə çatmağa bizə dəstək olacaq. Yelo komandası adından onu salamlayır və işlərində müvəffəqiyyətlər arzu edirəm”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 d. əvvəl
-
2 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
2 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb























