İsmayıllıdakı velosiped zavodundan xəbər var
İsmayıllıda Prezident İlham Əliyevin də açılışında iştirak etdiyi “İSMA BİKES” velosiped istehsalı zavodu iyundan etibarən tam surətdə fəaliyyətə başlayacaq.
Bu haqda zavodun baş mühasibi Elnarə Musayeva məlumat verib.
Zavod rəsmisi qeyd edib ki, hazırda zavod test rejimində fəaliyyət göstərir:
“Zavodun fəaliyyət göstərmədiyi, bağlandığı barədə məlumatlar tamamilə əsassızdır. Hazırda bir sıra modellər üzərində işlər gedir. Kütləvi şəkildə istehsal növbəti aydan etibarən başlayacaq. Təlimlər keçirilir, işçilər seçilir və azərbaycanlılardan ibarət kadrlarımız hazırlanır”.
E.Musayevanın sözlərinə görə, müəssisə tam olaraq fəaliyyətə başlayandan sonra müxtəlif növ velosipedlər və əlil arabaları istehsal ediləcək.
Xatırladaq ki, “İSMA BİKES” velosiped istehsalı zavodunun açılışı 2016-cı ilin avqustunda olub. Bəzi KİV-lər zavodun fəaliyyətini dayandırdığını yazıb.
© Modern.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























