Güclü yağış Goranboyda fəsadlar törədib
Güclü yağış Goranboyda fəsadlar törədib.
Goran çayından gələn sel suları evlərə, ictimai iaşə obyektlərinə, avtomobil təmiri sexlərinə dolub. Rayonun Goran qəsəbəsi ərazisində Kəlbəcərdən olan məcburi köçkün Sərxan Orucovun yaşadığı evin ətrafı sel suları ilə dolduğundan orada yaşayanların hərəkət etməsi mümkün deyil.
Gecədən başlayaraq yağan güclü yağış nəticəsində gələn sel Goran qəsəbəsində fəaliyyət göstərən ictimai iaşə obyektinə də ziyan vurub. Obyektlərin həyətini, otaqları sel basıb.
Sahibkar İlham Musayev bildirib ki, səhər işə gələndə obyektini sel basdığının şahidi olub. Gorandakı avtomobil təmiri sexlərinə də sel suları dolub.
Həmçinin Bakı-Qazax avtomagistralının üzərində yerləşən körpünün hər iki ətrafı su ilə dolduğundan orada avtomobillərin hərəkəti çətinləşib. Yaranan çətinliyi aradan qaldırmaq üçün FHN-in avtomobilləri əraziyə cəlb edilib. Həmçinin Goranboy rayon İcra Hakimiyyətin başçısı Məhərrəm Quliyev fəsadların baş verdiyi ünvana gəlib. İcra başçısı selin vurduğu ziyanın aradan qaldırılması üçün adiyyatı qurumlara göstəriş verib.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)




