Fed faiz qərarını açıqladı
Fed faizini dəyişdirmədi, 2023-cü ilin sonuna qədər iki dəfə faiz artıracağını proqnozlaşdırdıABŞ Mərkəzi Bankı (Fed) faiz qərarını açıqladı.
Marja xəbər verir ki, gözlənildiyi kimi Fed İyun ayı yığıncağında faizində dəyişiklik etməyərək 0,0 - 0.25% aralığında saxladı.
Fed ən azı aylıq 120 milyard dollar olan qiymətli kağız alışı proqramını davam etdirəcəyini açıqlayıb.
Ancaq Fed rəsmiləri 2023-cü ilin sonuna qədər faizlərdə iki dəfə artım gözlədiklərinin siqnalını verib.
Fed-in iki günlük yığıncağının ardından yaydığı məlumatda peyvəndləmədə irəliləyişin ABŞ-da Covid-19-un yayılmasını azaltdığı qeyd edilib və "Bu irəliləyiş və güclü siyasət dəstəyi ilə iqtisadi fəaliyyət və məşğulluq göstəriciləri gücləndi" ifadələri işlədilib.
QIZIL VƏ AVRO UCUZLAŞDI, DOLLAR BAHALAŞDI
Fed-in faiz qərarının ardından qızılın unsiyasının qiyməti 1,2% düşərək 1836 dollar səviyyəsinə, Avro/ dollar məzənnəsi isə 0,7% düşərək 1.2041 səviyyəsinə geriləyib (saat 22:20-yə olan məlumat)
ABŞ Mərkəzi Bankının (Fed) sədri Jerome Powell, Fed-in faiz qərarın ardından keçirdiyi mətbuat konfransında, "İqtisadi aktivlik və məşğulluq göstəriciləri yaxşılaşdı" deyib.
Həmçinin oxu
"Faizin artırılmasını müzakirə etmək üçün tezdir"Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb


























