"Bakı İnşaat Sənaye" ötən ili 2,3 milyon manata yaxın xalis mənfəət ilə başa vurub
"Bakı İnşaat Sənaye" ASC 2020-ci ili 2 milyon 251 min manat xalis mənfəət ilə başa vurub.
Marja şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il "Bakı İnşaat Sənaye"nin əsas əməliyyat gəlirləri 32 milyon 441 min manat, sair əməliyyat gəlirləri isə 701 min manat təşkil edib.
Ötən il 33 milyon 141 min manat cəmi gəlirlərə qarşı cəmi xərclər 30 milyon 890 min manat olub. Beləliklə, “Bakı İnşaat Sənaye” ötən ili 2 milyon 251 min manat xalis mənfəət ilə bağlayıb.
ŞİRKƏT BÖYÜYÜB
31 dekabr 2020-ci il tarixində "Bakı İnşaat Sənaye" 26 milyon 877 min manat cəmi aktivlərə malik olub. ASC 2019-cu ilin sonunda 22 milyon 398 min manat cəmi aktivlərə malik idi.
“Bakı İnşaat Sənaye” ASC 2004-ci ildə yaradılıb. Əsas istehsal yönümü tikinti və digər sahələrdə istifadə edilən qara metal məmulatlarından künclük, şveller, dördbucaq, dairəvi və müxtəlif fasonlu dəmir məhsulları, mismar və məftillərin hazırlanmasıdır.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Müasir marketinq: səs-küydən mənaya doğru
Suraxanının İcra başçısına töhmət verilib
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib





















