Azərbaycanda 558 süni balıq gölündən 155-nin fəaliyyəti dayandırılıb
Azərbaycan torpaq qanunvericiliyinin tələbləri pozulmaqla yaradılan süni balıq göllərinin təhlili aparılır.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, qurumun bu sahədə həyata keçirdiyi tədbirlər nəticəsində ölkə üzrə ümumilikdə 558 balıq gölü müəyyən edilib və onlar barəsində məlumat bankı yaradılıb.
Monitorinqlər nəticəsində indiyədək mövcud torpaq qanunvericiliyi pozulmaqla yaradılmış 155 süni gölün fəaliyyəti dayandırılıb. Nəticədə 100 hektarlarla torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb. Hazırda 403 təbii və süni balıq gölü mövcuddur. Bunlardan 33-ü təbii, 370-i isə süni balıq gölüdür. Süni balıq göllərindən 14-ü meşə fondu torpaqlarında, 37-si su fondunda, 319-u isə kənd təsərrüfatı təyinatlı torpaqlarda yaradılıb. Təyinatına uyğun istifadə olunmayan torpaq sahələrində mövcud olan 344 göl barədə inzibati protokol tərtib edilib. 28 balıq gölünün fəaliyyətində torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib edilmiş sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilib.
Monitorinqlər zamanı balıq göllərinin əsasən dövlət ehtiyat fondu, qış otlaqları, bələdiyyənin örüş torpaqlarında və vətəndaşların pay torpaqlarında yaradıldığı məlum olub. Süni balıq göllərinin ən çox Neftçala, Salyan, Hacıqabul rayonlarında yaradılması aşkar edilib.
Süni balıq göllərinin yaradılması məqsədilə torpaq sahəsinin ayrılması üçün “Torpaq icarəsi haqqında” Qanuna uyğun olaraq, müvafiq rəyin verilməsi ilə bağlı (yerləşmə sxemi əlavə edilməklə) rayon (şəhər) icra hakimiyyətləri tərəfindən ƏMDX-ya müraciət edilir. Müraciət əsasında Torpaq Məcəlləsinin 65-ci maddəsinə uyğun olaraq sifarişçinin vəsaiti hesabına yerquruluşu planı hazırlanaraq müvafiq rəy verilir. Verilmiş rəy əsasında rayon (şəhər) icra hakimiyyəti ilə icarəyə götürən arasında icarə müqaviləsi bağlanılır. İcarəçi tərəfindən təqdim edilmiş icarə müqaviləsi və müvafiq sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılır.
Balıq gölünün yaradılması üçün torpaq ayrılması barədə müraciətlər Xidmətə daxil olduqda yalnız təyinatı üzrə nəzərdə tutulmuş təbii sututarların (gölməçə, qamışlıq, axmaz və s.) yerləşdiyi torpaqlara müsbət rəy verilir.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Müasir marketinq: səs-küydən mənaya doğru
Suraxanının İcra başçısına töhmət verilib
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib





















