"Günay Sığorta" ASC bu vəzifələr üzrə işçi axtarır - VAKANSİYALAR
1. Zərərlərin qiymətləndirilməsi üzrə mütəxəssis
Namizədə tələblər:
- Yaş: 25-40;
- Cins: Kişi;
- Təhsil: Ali;
- İş təcrübəsi: Sığorta sahəsində ən azı 1 il iş stajı;
- Dil bilikləri: Azərbaycan (əla), Rus dili arzuolunandır.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
- Zərərə uğramış sığorta predmetlərinin hissələrinin siyahısının hazırlanması;
- Zədələnmiş əmlakı təmirə yönləndirmək və təmir prosesinə nəzarət etmək;
-Yeni təmir müəssisələri və mağazaları ilə əlaqə yaratmaq.
İş qrafiki: 09:00-dan 18:00-dək
Əmək haqqı: 600-700 AZN
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni [email protected] ünvanına göndərsinlər.
2. Müştəri xidmətləri üzrə mütəxəssis
Namizədə tələblər:
-Yaş: 20-35;
-Təhsil: Ali;
- Dil bilikləri: Azərbaycan (əla), Rus dili arzuolunandır;
- Kompüter bilikləri : Ofis proqramları(Word, Excel);
- Müştəri xidmətləri və sığorta sahəsində təcrübəli namizədlərə üstünlük verilir.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
-Sığorta hadisələri üzrə daxil olan zənglərin cavablandırılması və aidiyyatı üzrə yönləndirilməsi;
-Daxil olan şikayətlərin qəbulu, yönləndirilməsi və qeydiyyatının aparılması;
-Müştəri məmnuniyyəti sorğularının keçirilməsi.
İş qrafiki: 09:00-dan 18:00-dək
Əmək haqqı: 400-500 AZN
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni [email protected] ünvanına göndərsinlər.
3. Korporativ satış üzrə baş mütəxəssis
Namizədə tələblər:
-Müştəriyönümlü, gülərüz, məsuliyyətli, özünə inamlı , yüksək maddi gəlir əldə etmək istəyən;
-Yaş: 20-40;
- Cins: Kişi;
-Təhsil: Ali;
-Dil bilikləri: Azərbaycan dilində sərbəst danışıq (rus dilini bilmək arzu olunandır);
-İş təcrübəsi: 2 il.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
-Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
-Mövcud Korporativ müştərilərlə əlaqələri möhkəmləndirmək;
-Korporativ satış planını yerinə yetirmək;
-Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
-Tenderlərdə iştirak etmək;
İş qrafiki: 09:00-dan 18:00-dək
Əmək haqqı: 800-1000 AZN
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni [email protected] ünvanına göndərsinlər.
3. Məlumat mərkəzi mütəxəssisi (Call Center operator)
Namizədə tələblər:
-Yaş: 20-35;
-Cins: Qadın;
-Təhsil: Ali;
-Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst danışıq (ingilis dilini bilmək arzu olunandır);
-Kompüter bilikləri : Ofis proqramları(Word, Excel).
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
-Məlumat Mərkəzinə daxil olan zəngləri qəbul etmək, qeydiyyatını aparmaq və cavablandırmaq;
-Şirkətin ən son yenilikləri və kampaniyaları haqqında məlumat vermək;
-Müştərinin təklif və iradlarını qəbul edərək lazımi strukturlara yönəltmək.
İş qrafiki: 09:00-dan 18:00-dək
Əmək haqqı: 300-400 AZN
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni [email protected] ünvanına göndərsinlər.
4. Mühafizəçi
Namizədə tələblər:
-Yaş: 23-40;
-Cins: Kişi;
-İş təcrübəsi: 1 il;
-Dil bilikləri: Azərbaycan dilində sərbəst danışıq;
-Baş verə biləcək hadisələr zamanı çevik ve doğru qərar vermək;
-Həqiqi hərbi xidməti başa vurmuş, praktiki sağlam.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
-Ofisi tam nəzarətdə saxlamaq və müvafiq təlimatların təşkilini aparmaq;
-Növbə sırasında təhlükəli görünən, şübhəli vəziyyətlə bağlı lazım gəldiyi təqdirdə sahə rəhbərinə və təhlükəsizlik orqanına məruzə eləmək.
İş qrafiki: Gün aşırı gecə növbəsi;
Əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi əsasında tənzimlənir;
Əmək haqqı: 500 AZN.
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni [email protected] ünvanına göndərsinlər.
QEYD- Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək tələblərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 gün sonra
- 1 gün sonra
-
6 saat sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 17 d. əvvəl
-
1 saat əvvəl
Mirzoyan: Azərbaycan benzininin alınması Ermənistan vətəndaşları üçün çox sərfəlidir
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell “Ən yaxşı idman dəstəkçisi” nominasiyasında mükafatlandırılıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ən təhlükəsiz ailə krossoverləri açıqlanıb
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Xalq Bank 21 illiyini qeyd edir
Ən çox oxunanlar
“Güzəştli mənzil” sisteminə xüsusi proqram ilə müdaxilə edən şəxslər cinayət məsuliyyətinə cəlb edildi - AÇIQLAMA
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Ermənistana Azərbaycan ərazisindən taxıl göndərilməsi, Azərbaycandan neft məhsullarını satın alınması etimad quruculuğu proseslərindəndir”
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi prosesi başa çatıb
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
Çindən elektrikli avtomobillərə enerji limiti



















