Maliyyə bazarlarında son vəziyyət - 12.07.2021
EUR.
Avrozona üzrə risklərin artması, EURUSD məzənnəsinin 1.19$-da müqavimətlə rastlaşmasına və ucuzlaşma ehtimallının güclənməsinə səbəb olmuşdur.
Təhlillərə əsasən, avro 1.19$-ın altında qalarsa, 1.16$-a kimi ucuzlaşa bilər.
GBP.
İngiltərədə çərşənbə günü Bakı vaxtı ilə saat 10:00-da dərc ediləcək inflyasiyaya dair önəmli fundamental göstəricilər öncəsi GBPUSD məzənnəsi də 1.39$-da müqavimətlə rastlaşıb.
Beləliklə, funt sterlinq sözügedən səviyyənin altında qaldıqca, 1.36$-a kimi ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılır.
TRY.
USDTRY məzənnəsi son bir aydır təqribən 8.60 - 8.70 aralığında dalğalanmaqdadır. Burada trendin müşahidə edilməməsi isə investorların çərşənbə günü saat 15:00-da açıqlanacaq TCMB-nin faiz qərarını gözləmələri ilə əlaqədardır.
OIL.
Enerji birjalarında Avropanın Brent neftinin qiymətində korreksiya müşahidə edilir və bu, qlobal iqtisadi risklərin artması ilə əlaqədardır. Lakin yenidən 72$-ın üzərində dəstək görərək, dəyər qazanan bir barel üzrə qiymət 76$-ı qırarsa, 82$-a çata bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Əlvan metallar bazarlarında FED-in istiqraz alışı proqramını vaxtından tez dayandıracağı ehtimalları, qızılın 1800$-ın (57.9 $/qram) üzərində müqavimətlə rastlaşmasına səbəb olur. 1797$-ın (57.8 $/qram) qırılması ilə ucuzlaşma 1775$-a (57.1 $/qram) kimi davam edə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 32 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb























