Azərbaycanın sement istehsalçısı 27 milyon manat zərərdə!
"Holcim (Azerbaijan)" ASC-nin aktivləri bu il yanvarın 1-nə 342,561 mln. manat təşkil edib.
Şirkətin maliyyə hesabatına görə, bu, ötən ilin yanvarın 1-i ilə müqayisədə 5,6% azdır.
Ötən il "Holcim (Azerbaijan)”ın cəmi kapitalı 18,2% azalaraq 121,169 mln. manat cəmi öhdəlikləri isə 3,8% azalaraq 41,188 mln. manata düşüb.
2016-cı ildə şirkətin gəlirləri 77,955 mln. manat (2015-ci ilə nisbətən 7,9% az), xərcləri isə 111, 203 mln. manat (46,5% az) təşkil edib. Son nəticədə sement istehsalçısının vergidən əvvəlki zərəri 33,248 mln. manat olub ki, bu da illik müqayisədə 73% azdır.
"Holcim (Azerbaijan)" mənfəət vergisi xərclərinə 6,24 mln. manat qənaət edib və ötən ili 27,008 mln. manat xalis zərərlə başa vurub.
Xatırladaq ki, "Holcim (Azerbaijan)" 2000-ci ildə yaradılıb və Azərbaycanın ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31,813 mln. manatdır. Şirkətin səhmlərinin 76%-i İsveçrənin “Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 66% və 10%), 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 14%-i isə fiziki şəxslərə məxsusdur.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 21 saat sonra
-
- 21 d. əvvəl
- 33 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Ən çox oxunanlar
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"

























