“Azərbaycan sığortaçıları icbari sığortasız məhv olar"
Ötən həftə Azərbaycanda daha bir sığorta şirkəti İcbari Sığorta Bürosunun (İSB) reyestrinə daxil edildi.
Bununla da, ölkədə icbari sığorta məhsulları satan şirkətlərin sayı 19-a çatdı.
"Aqrar Sığorta Müştəri Sığorta Şirkəti" ASC-ni nəzərə almasaq, hazırda ölkədəki bütün sığorta şirkətləri icbari sığorta bazarının iştirakçısıdır. Onlar isə əsasən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına maraq göstərir, "Avtomobillərin icbari sığortası" kimi tanınan bu sığorta növünün hesabına sığorta haqı toplamağa çalışır. Baxmayaraq ki, bu sahədə zərərlilik kifayət qədər yüksəkdir və getdikcə artır.
Məsələn, bu ilin I yarısında avtomobillərin icbari sığortasından toplanmış hər 100 manat sığorta haqqının 69 manatı ödənişə yönəldilib. Halbuki, kasko sığortası kimi tanınan avtomobillərin könüllü sığortasında zərərlilik hər 100 manata 40 manatdır. Odur ki, sığorta şirkətlərinin icbari növə meyllənməsi təəccüb doğurur.
"Sığorta şirkətləri işini düzgün qurmayıb"
Sığorta bazarı eksperti Əli Bayramov deyir ki, sığorta şirkətləri işini düzgün qurmayıb, odur ki, avtomobillərin icbari sığortasında zərərlilik çoxdur.
"Bir avtomobil sahibindən yığılan icbari sığorta haqqının orta məbləği 100 manatdır. Bunun isə 45-55 manatı ödənişə gedir. Həmçinin bu sığorta növü üzrə sığorta şirkətlərinin inzibati xərcləri də kifayət qədər yüksəkdir. Onlar işlərini effektsiz qurduğuna görə, sığorta şəhadətnaməsinə çəkilən xərc kifayət qədər yüksəkdir. Bu da hardasa 25-30 manat yaxud 25-30% civarındadır. Həmçinin hər sığorta şəhadətnaməsinin haqqının 5%-i dövlətə ödənilir. Bu da sığorta şirkətləri üçün xərcdir. Nəhayət sonuncu sığorta vasitəçilərinə ödənilən komissiya haqlarını göstərə bilərik. Qanunlarımız deyir ki, bu icbari sığorta növü üzrə 15%-dən artıq komissiya haqqı vermək olmaz. Buna baxmayaraq, sığorta şirkətləri sanki bir-birləri ilə yarışa girirlər. Nəticədə komissiyanın həddi hətta çox hallarda 40%-ə çatır. Bütün bu rəqəmləri toplayanda görürük ki, xərc-gəlir nisbəti 100%-i keçir. Bəzən sığorta şirkətləri çalışır ki, komissiyaların məbləğini azaltsınlar. Görünən odur ki, həmrəylik, birlik yoxdur. Onlar iclasda razılıq əldə edib çıxırlar, amma sonra hərə öz bildiyini edir”.
"Könüllü sığortanın inkişafına dəstək vermək lazımdır"
Ekspert hesab edir ki, könüllü sığortanın inkişafına dəstək vermək lazımdır: “Bütün ölkələrdə sığorta bazarının meyarı könüllü sığortaların həcmi ilə ölçülür. Yəni əgər biz Azərbaycanda bazarın genişlənməsini, böyüməsini, inkişaf etməsini istəyiriksə, könüllü sığorta növlərinə daha çox fokuslanmalıyıq. Belə fokus yoxdur. Görünən odur ki, sığorta şirkətləri özlərini əziyyətə vermək istəmirlər, elə primitiv sığortaçılıqla məşğul olmaq niyyətindədirlər.
Bəzi şirkətlər üçün icbari sığorta haqlarından yığılan pullar şirkətin nağd pul dövriyyəsinə dəstək verir. Yəni Azərbaycan sığortaçıları o qədər bərbad vəziyyətdədir ki, icbari sığortasız məhv olar. Bunun qabağını almaq lazımdır. Könüllü sığorta növlərinin ümumiyyətlə inkişaf etməməsi sığorta bazarının iştirakçılarının qeyri peşəkarlığı, dayaz savadlılıq ilə bağlıdır, eyni zamanda ölkəmizdə sığortaya olan etibarsızlıqla bağlıdır. Hansı ki, bunu da sığorta şirkətləri özləri yaradıblar və təbii ki, bir kütlə də var ki, ümumiyyətlə sığortanı anlamır. Deməli, orda da maarifləndirmə işləri aparmalıyıq".
Onun fikrincə, bazara yeni könüllü sığorta məhsulları buraxılmalıdır.: "Zaman keçdikcə yeni-yeni risklər meydana çıxır. Məsələn, 80-90-cı illərdə kiber riskləri absurd sayıla bilərdiksə, hazırda kiber risklər dünyanı məhv eləməklə məşğuldur. Amma bizdə kiber riskləri sığortalayan bir sığorta şirkəti varmı? Yoxdur. Bu gün bahalı avtomobili könüllü sığortalamaq üçün müraciət etsək ya "Yox" cavabı alacağıq, ya da çox böyük vaxt lazım olacaq. Bu bizim bazarın peşəkar deyil, həvəskar olmasından irəli gəlir.
Hesab edirəm ki, sığorta bazarı olmadan iqtisadiyyatı təsəvvür etmək mümkün deyil. Bu baxımdan hesab edirəm ki, İqtisadiyyat Nazirliyi bir təşəbbüskar olaraq Azərbaycanda könüllü sığorta bazarının böyüməsi üçün yanaşmalar tətbiq etməlidir. Əminliklə deyə bilərəm ki, könüllü sığorta bazarının böyüməsinə imkan var. Agentlik bazarını püxtələşdirmək lazımdır. Çünki agent sığorta məhsullarını insanlara satanlardır. Bir agent olmadan, satıcı olmadan, biz bu vaqonu yerindən tərpədə bilmərik”.
Marja.az Telegramda: https://t.me/marjaaz
Report
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 21 saat əvvəl
-
- 21 saat əvvəl
-
21 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























