Azərbaycan büdcəsindən Rusiyanın iki universitetinin Bakı filialına xərclənın vəsait açıqlanıb
Bu ilin 6 ayında Azərbaycanın dövlət büdcəsindən İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin və M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filiallarının fəaliyyəti üçün xərclənən vəsaitin həcmi açıqlanıb.
Maliyyə Nazirliyinin 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatına əsasən, 2021-ci ilin I yarım illiyində dövlət büdcəsindən İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyəti üçün 1 milyon 457 min 983,7 manat, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının fəaliyyəti üçün isə 3 milyon 129 min 797,3 manat ayrılıb.
Qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsində ümumilikdə İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyəti üçün 7 milyon 329 min 387 manat, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının fəaliyyəti üçün isə 12 milyon 395 min 424 manat nəzərdə tutulub.
Beləliklə, bu ilin birinci yarısında dövlət büdcəsindən İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyəti üçün nəzərdə tutulan vəsaitin 19,9 faizi (1 milyon 457 min 983,7 manat), M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının fəaliyyəti üçün nəzərdə tutulan vəsaitin isə 25,2 faizi (3 milyon 129 min 797,3 manat) xərclənib.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 27 d. əvvəl
-
- 31 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



















