Türkiyə Mərkəzi Bankı Ərdoğanın istədiyini etmədi
Türkiyə Mərkəzi Bankı faizə toxunmadı. Bank pul siyasəti faizini 19% səviyyəsində saxladı. Analitiklərin də proqnozu faizin 19% səviyyəsində sabit saxlanacağı istiqamətində idi.Türkiyə Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.
Mərja xəbər verir ki, TCMB faizini dəyişməz saxlayıb.
Əksər bazar iştirakçıları da Türkiyə Mərkəzi Bankının pul siyasəti faizini 19%-də dəyişməz saxlayacağını gözləyirdilər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mərkəzi Bankın avqust ayından etibarən faiz azaltmağa başlayacağını və nəticədə də inflyasiyanın düşəcəyini bildirmişdi. Beləliklə, TCMB Ərdoğanın istədiyini etmədi.
Ərdoğanın faiz endirimi çağırışından sonra Türkiyə Mərkəzi Bankının bazarları sakitləşdirmək üçün sərt pul siyasətinə güclü bir şəkildə bağlı olduğunu ifadə etməsi lazım idi. Əks halda Türk Lirəsi kəskin dəyərdən düşə bilərdi.
TCMB açıqlamasında qeyd edib ki, qalıcı aşağı inflyasiya reallaşmadıqca hazırkı sərt pul siyasəti davam edəcəkdir. TCMB 5% inflyasiya hədəfləyir. Ölkədə İyulda inflyasiya isə 18,95% olub.
"TCMB, əsas məqsədi olan qiymət sabitliyi üçün əlindəki bütün vasitələri istifadə etməyə davam edəcək. Qalıcı aşağı inflyasiya yaranana və 5% hədəfinə çatana qədər siyasət faizi inflyasiya ilə mübarizə edəcək səviyyədə qalacaqdır", - Mərkəzi Bankın açıqlamasında deyilir.
YÜKSƏLƏN QLOBAL QİDA QİYMƏTLƏRİNƏ DİQQƏT ÇƏKİLİB
Qlobal qida qiymətlərinin inflyasiya üzərindəki təsirlərinə diqqət çəkən Mərkəzi Bank qeyd edib: "Beynəlxalq aqrar əmtəə və qida qiymətlərindəki yüksək səviyyələrə əlavə olaraq, əlverişsiz iqlim şərtləri bəzi məhsulların təklifinin azalmasına səbəb olmuşdur. İyul ayında qida qiymətlərində müşahidə edilən artım, inflyasiyadakı yüksəlişdə həlledici olmuşdur".
ƏRDOĞAN MƏRKƏZİ BANKIN AVQUSTDA FAİZ AZALDACAĞINA İŞARƏ ETMİŞDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, avqust ayından etibarən inflyasiyada azalma başlayacağını söyləyərək, "Mən siqnalımı müəyyən yerlərə hər halda vermiş oluram, bundan belə inflyasiyanın daha yuxarı çıxması mümkün deyil, çünki faiz nisbətlərində də enişə keçirik", - demişdi.
Canlı verilişdə sualları cavablayan Ərdoğan, "Yüksək faiz yoxdur. Çünki yüksək faiz bizə yüksək inflyasiyanı gətirəcək. Amma aşağı faiz bizə aşağı inflyasiyanı gətirəcək. Avqust ayı qırılma nöqtəsidir və inşallah Avqust ayından etibarən artıq biz aşağı inflyasiyaya keçəcəyik", bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 2 d. əvvəl
-
2 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
2 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb

























