Çinin Talibanla “qəribə” mehribanlığı və 3 trilyon dollar
Başıbəlalı ölkənin altı sərvətlə, üstü radikallarla doludur....ABŞ-ın 2001-ci ildə girdiyi Əfqanıstandan 20 il sonra tələm-tələsik çıxması və mövcud hökumətin Talibana təslim olmasından sonra son günlər dünyanın diqqəti bu ölkəyə yönəlib. Bir çox ölkələr mövcud durum və Taliban barədə ehtiyatlı çıxış etsələr də, bəziləri, o cümlədən Rusiya, xüsusən də Çin Talibanla “dostluq münasibətləri” barədə mesajlar verir.
Rusiyanın geostrateji maraqları və regionda təhlükəsizliyin təmin edilməsi prioritetləri, həmçinin Sovetlər İttifaqından qalma acı Əfqanıstan təcrübəsi aydındır. Marja Çinin Əfqanıstandakı yeni hakimiyyətlə dərhal əməkdaşlığa can atmasının səbəblərini araşdırmağa çalışıb.
Sərt iqliminə və münbit torpaqlarının məhdudluğuna baxmayaraq, Əfqanıstan hələ tam kəşf edilməmiş iri həcmdə mineral ehtiyatlara malikdir. AllianceBernstein analitika şirkəti bu ehtiyatları 1-2 trilyon dollar həcmində qiymətləndirir. Xəbər jurnalı “The Diplomat”-ın 2020-ci ildə dərc olunmuş məqaləsi Əfqanıstanın ABŞ-dakı keçmiş diplomatı Əhməd Şah Kətavəzai-yə istinadla bu rəqəmin 1-3 trilyon dollar, “The Hill” xəbər agentliyinin bu ilin aprelindəki “Nə üçün ABŞ Əfqanıstandan heç zaman çıxmayacaq” adlı məqaləsi isə 3 trilyon dollar olduğunu iddia edir.
Hansı metallardır onlar?
Bir sıra mənbələr Əfqanıstanda nadir metallardan olan lantan, serium, neodimium ehtiyatlarının, eləcə də iri həcmdə qızıl, gümüş, sink, alüminium, civə və litium-un olduğunu bildirir. Bu metallar smartfonlardan tutmuş lazer texnologiyalarına qədər müxtəlif sahələrdə istifadə olunur.
Çinin məsələyə dəxli nədir?
Çin hazırda nadir metalların dünyada həm ən böyük hasilatçısı, həm də təchizatçısıdır. ABŞ Geoloji Kəşfiyyat Xidmətinin hesablamalarına görə, dünyanın nadir metal ehtiyatlarının 35%-i Çinin payına düşür. 2018-ci ildə Çin 120 min metrik ton nadir metal hasil edib ki, bu da qlobal bazarın 70%-i deməkdir. Müqayisə üçün - ABŞ-ın həmin ildəki hasilatı cəmi 15 min metrik ton olub. 2019-cu ildə ABŞ-ın bu metallara tələbatının 80%-ni Çin ödəyib.
Çin hakimiyyəti Talibanla dil taparaq, Əfqanıstandakı nadir metalların hasilatına iri həcmli investisiya yatırmaqda qərarlıdır. Təsadüfi deyil ki, hələ iyulun sonlarında, ABŞ Əfqanıstandan çıxmaq prosesinə yenicə start verəndə Çinin xarici işlər naziri Vanq Yi Taliban Siyasi Komitəsinin rəhbəri Molla Abdul qani Bəradərlə Tianşində geniş tərkibli görüş keçirib. Taliban 2 gün öncə Kabilə daxil olduqdan bir neçə saat sonra isə Çin hökumət sözçüləri “Əfqanıstanla dostluq şəraitində əməkdaşlığa hazır olduqlarını” açıqladılar.
Növbəti mərhələdə Əfqanıstanda yeni siyasi-iqtisadi nüfuz savaşının şahidi olacağıq. Bu savaşda əsas iştirakçılardan birinin Çin olacağı şübhəsizdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
12 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
16 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
34 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
3 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
Ən çox oxunanlar
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı






.jpg)








.jpg)




