Pandemiyada kino sənayesinin xilaskarı - qorxu filmləri
Büdcəsi 25 milyon dollar olan film ilk həftədə 27 milyon dollarlıq satış edib...Ötən il pandemiya səbəbindən kinoteatrların bağlanması kino sənayesinin lideri Hollivuda on milyonlarla dollar ziyan vurub. Bu ilin əvvəlindən açılan kinoteatrları 2020-ci ilin aqibətindən xilas edən bir janr var - qorxu filmləri.
Marja hazırda bazardakı vəziyyəti araşdırıb.
Universal Pictures studiyasının istehsalı olan qorxu janrındakı “Candyman” filmi ötən həftəsonu ABŞ-dakı premyerasında 22 milyon dollar, beynəlxalq bazarda isə 5,2 milyon dollar gəlir gətirib. Büdcəsi cəmi 25 milyon dollar olan filmin ilk nəticələri böyük mənfəət əldə edəcəyindən xəbər verir.
Qorxu fimlərinin əsas özəlliyi onların nisbətən kiçik büdcə ilə ərsəyə gəlməsidir. Bu isə əlavə xərclərdən azad olmağa və qısa müddətə mənfəətə çıxmağa imkan verir.
Digər bir nümunə - Paramont Pictures-in 22 milyon dollara çəkdiyi “A Quite Place-2” filmi bu il ümumilikdə satışlardan 300 milyon dollar əldə edib. 40 milyon dollar büdcəsi olan “The Devil Made me do it” qorxu filmi iyundakı premyerasından bəri kinoteatrlardan 200 milyon dollar qazanıb.
Müqayisə üçün bildirək ki, Disneyin 300 milyon dollarlıq “The Black Widow” superqəhrəman filmi bu il cəmi 370 milyon dollar toplayıb. Warner Brothers-in 185 milyon dollar büdcəsi olan oxşar janrlı “The Suicide Squad” filmi isə avqust premyerasından bəri 154 milyon dollar qazana bilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 56 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























