Alüminium qiymətləri 10 ilin ən yüksək səviyyəsində!
Çinin karbon emissiyasını aşağı salmaq məqsədilə istehsalı azaltması və tələbin artması səbəbindən alüminium qiymətləri 10 ilin ən yüksək səviyyəsini test edib.
Marja xəbər verir ki, Goldman Sachs, Citi və Trafigura kimi təşkilatlar alüminium qiymətlərində artımın davam edəcəyini nəzərdə tuturlar.
Təklifin azalmasına qarşı, tələbin artması ilə alüminium qiymətləri 10 ilin ən yüksək səviyyəsinə çatıb. London Metal Birjasında alüminium qiymətləri həftənin ikinci əməliyyat günündə 3% yüksəlişlə ton başına 2 min 726 dollar səviyyəsini test edib. Bu səviyyə 2011-ci ildən bu yana görülən ən yüksək səviyyədir. Alüminium qiymətlərində rekord səviyyə 3 min 300 dollar olaraq qeydə alınıb.
Alüminium avtomobil ehtiyatı hissələrindən ev əşyalarına qədər bir çox məhsul qrupunda istifadə edilir. Pandemiya dövründə iqtisadi fəaliyyətin geriləməsilə alüminium qiymətləri əasən dəyişməz vəziyyətdə qalmış, iqtisadi fəaliyyətdəki bərpa müddətinə paralel olaraq isə yenidən bahalaşır.
Tələbin artmasına qarşı, dünyanın ən böyük istehsalçılarından biri olan Çində yaşanan istehsal məhdudiyyətləri təklif tərəfində təzyiq yaradıb. Enerji istifadəsinin yüksək olduğu alüminium sektoru Çin rəhbərliyinin hava çirkliliyi səbəbindən də gündəmindədir. Mövsimi elektrik enerjisi kəsintiləri də alüminium istehsalını aşağı salan amillərdən biridir.
QİYMƏTİN ARTMAQDA DAVAM EDƏCƏYİ GÖZLƏNİLİR
Goldman Sachs, Citi və Trafigura kimi iri təşkilatlar istehsalın azalmasının dərinləşməsilə alüminium qiymətlərində artımın davam edəcəyini nəzərdə tuturlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım



























