Xiaomi şirkətinin elektromobillərin istehsalı üzrə törəmə şirkəti qeydiyyata alınıb
Smartfon istehsalında dünya liderlərindən biri olan Çin şirkəti Xiaomi, elektrikli avtomobillərin istehsalı ilə məşğul olacaq öz törəmə şirkətinin qeydiyyatını başa çatdırıb.
Marja xəbər verir ki, bu barədə çərşənbə günü "Weibo" sosial şəbəkəsindəki rəsmi hesabında yayımlanan məlumatda deyilir.
Yeni şirkət - "Xiaomi Qiche"nin nizamnamə kapitalı 10 milyard yuandır (təxminən 1,5 milyard dollar).
Xiaomi Direktorlar Şurasının sədri Lei Jun, şirkətin qanuni nümayəndəsi olaraq təsdiq edilib.
Qarşıdakı 10 ildə Xiaomi-nin elektrikli avtomobillərin istehsalına yatıracağı sərmayə 10 milyard dollara çatacaq.
Şirkətin öz elektrikli avtomobillərini hazırlamaq və istehsal etmək planlarının elan edilməsi ilə törəmə müəssisənin qeydiyyatı arasında beş ay vaxt keçib. Hesabatda qeyd edilib ki, Xiaomi artıq yeni şirkət üçün 300 mütəxəssisdən ibarət bir heyət işə götürüb, lakin yüksək ixtisaslı kadrların tapılması üzərində işini davam etdirir.
Bu ilin iyul ayının sonunda Xiaomi, avtomobillər üçün özüyeriyən texnologiyaları inkişaf etdirəcək xüsusi bir qurumun yaradıldığını elan edib.
Xiaomi, 2010 -cu ilin aprel ayında qurulub və hazırda dünyanın ən böyük smartfon istehsalçıları sırasındadır. 2018-ci ildə, Honq Konq birjasında səhmlərinin ilk açıq satışını həyata keçirib. Ötən ilin dekabr ayının sonunda Xiaomi-nin bazar kapitallaşması ilk dəfə olaraq 100 milyard dollarlıq həddi keçib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 56 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım

























